Slovakiya parlamentində "tort etirazı" başa çatıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fevralın 18-dən Slovak parlamentində "tort etirazı" keçirən altı müxalifətçi deputat öz aksiyalarına son qoyub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çıxışlar üçün nəzərdə tutulan əsas kürsünü zəbt edən altı deputat oraya tort qoyaraq parlament iclaslarının adəti qaydada keçirilməsinə imkan vermirdilər. Aksiyanın başa çatmasından əvvəl hökumət başçısı, sosial-demokrat Peter Pelleqrini iclas zalına gətirilmiş əlavə kürsüdən çıxış edərək, siyasətçilərin bu addımını kəskin tənqid edib. O, demokratiyanın mühüm sütunlarından biri olan parlamentə qarşı həyata keçirilən aksiyanı hörmətsizlik kimi dəyərləndirib, bu addımla həmin deputatların demokratiya haqqında yanlış təsəvvürlərini çılpaqlığı ilə göstərdiklərini ifadə edib. Baş Nazirin çıxışı başa çatmamış, etirazçı deputatlar könüllü şəkildə zəbt etdikləri əsas kürsüdən uzaqlaşıblar.
Liberal düşərgəni təmsil edən altı müxalifətçi deputat mətbuat açıqlamasında öz etirazlarını bir neçə gün sonra baş tutacaq parlament seçkiləri ərəfəsində parlamentin xüsusi iclası ilə əsaslandırıblar. Həmin iclasın gündəliyinə əsasən təqaüdçülərə əlavə ödənişlərin verilməsi, uşaq pulunun artırılması və digər imtiyazlar barədə məsələlər müzakirəyə çıxarılmalıdır. Tələm-tələsik çağırılan bu iclası qeyri-qanuni hesab edən etirazçıların fikrincə, hökumət seçkilərin bir addımlığında keçirilən həmin iclasda qəbul edilən qərarlarla seçiciləri ələ almaq məqsədi güdür. Eyni zamanda, seçkilərdən sonra formalaşacaq yeni hökumət bu öhdəlikləri maliyyələşdirməkdə çətinlik çəkəcək.
Xüsusi iclasın çağırılması üçün hakimiyyətdə olan sosial-demokratlar sağçı-ekstremist "Bizim Slovakiya Xalq Partiyası"nın (LSNS) dəstəyini alıblar. Etirazçılar parlamentə gətirdikləri tortu isə əks düşərgələri təmsil edən iki partiyanın "siyasi nikahı" üçün təbrik kimi təqdim ediblər. Altı deputat iki gün medianın diqqətini öz aksiyalarına çəkə bilsələr də, parlamentin qərarına təsir etmək imkanına malik olmayacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
XƏBƏR LENTİ
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)





