Maraqlı

Al Kaponenin avtomobili satışa çıxarılıb - VİDEO

5 Fevral 2020 22:30
0 Şərh     Baxış: 2 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə Amerikanın məşhur qanqsteri Al Kaponeyə məxsus olmuş avtomobil satışa çıxarılıb. 1928-ci ildə istehsal edilmiş və 1787 km yürüyüşü olan Cadillac Town Sedan ən azı bir milyon dollara qiymətləndirilir.

Avtomobil "Böyük böhran" və "Quru Qanun" zamanı fəaliyyət göstərmiş kriminal imperiyanın başçısına məxsus olduğuna görə, bir sıra spesifik təkmilləşdirmələrdən keçib. İlk növbədə avtomobilin standart şüşələri bir düymlük (2,54 sm) gülləkeçirməz şüşələrlə əvəzlənib. Bundan başqa, yan şüşələri qardıran zaman aşağıda atıcılar üçün ikidüymlük yarıq peyda olur.  Avtomobilin arxa şüşəsi də təqib edənlərə atəş açmaq üçün açılır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, avtomobilin qapıları əlavə olaraq polad təbəqələrlə gücləndirilibdir. Əlavə olaraq, Cadillac polis səs siqnalı, sayrışan işıq və əlcək qutusunda gizlədilmiş radio ilə təchiz edilmişdir. Bundan başqa, Al Kapone avtomobili polis avtomobillərinin rənginə boyatdırmışdı. Bu səbəbdən də, qanqasterləri polislərdən ayırd etmək praktiki olaraq mümkün deyildi.

Bu Cadillac sənədlərli təsdiqi olan tarixdəki ilk zirehli avtomobillərdən biridir. Bu nüsxənin bəxti gətirib, çünki Al Kaponenin çoxsaylı əmlakı müsadirə edilən zaman avtomobil təsadüfən polisin diqqətindən yayınıb. Nəticədə, tarixi model ömrü boyu qarajda və ya amerikan muzeylərində  saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.