Maraqlı

Yaponiyada kosmik əməliyyatların yerinə yetirilməsi üçün hərbi qrup yaradılacaq

28 Yanvar 2020 08:01
0 Şərh     Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Hərbi Hava Qüvvələrində kosmik əməliyyatların yerinə yetirilməsi üçün qrup yaradılacaq. Yeni hərbi bölmə 2020-ci ilin yazında fəaliyyətə başlayacaq. Bu barədə "Jane's" nəşri Yaponiyanın baş naziri Sindzo Abeyə istinadən məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, eskadrilya Tokio prefekturasının qərbində Futyu aviabazasında yerləşəcək. Yaradılması üçün 450 milyon dolların sərf ediləcəyi qrupun tərkibi 20 nəfərdən ibarət olacaq.

Bölmənin əsas vəzifəsi Çin və Rusiya peyklərinin izlənilməsi olacaq. Həmçinin qrup Yaponiyanın hərbi kosmik texnologiyalarının hazırlanmasına nəzarəti həyata keçirəcək, eləcə də kosmik tullantıların hərəkət trayektoriyasının təhlilini aparacaq. Bundan əlavə, qrup peyklərlə rabitə əlaqəsi yaratmaq və radiorabitədə maneələri aradan qaldırmaqla məşğul olacaq.

Qeyd edək ki, bu yaxınlarda Böyük Britaniyada oxşar hərbi bölmə yaradılıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, yeni struktur Böyük Britaniyanın bütün kosmik qüvvə və proqramlarını birləşdirəcək. Onların sırasına peyklərdən ballistik raketlərin aşkarlanması sistemi, "GNSS" (GPS sisteminin analoqu) qlobal naviqasiya sistemi və hazırda işlənilən digər proqramlar daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.