Fərhad Əhmədovun eks-xanımı oğlunu məhkəməyə verdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan əsilli rusiyalı oliqarx Fərhad Əhmədovun keçmiş həyat yoldaşı, Böyük Britaniya vətəndaşı Tatyana Əhmədova, eyni zamanda İngiltərə vətəndaşı olan oğluna qarşı ittiham ilə London Ali Məhkəməsinə müraciət edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Məlumata görə, Əhmədova hesab edir ki, 26 yaşlı oğlu Teymur Əhmədov atasına İngiltərədəki ən böyük boşanma ödənişinin qarşısını almaqda kömək edib.
Tatyana Əhmədovanın vəkillərinin sözlərinə görə, "STE Capital" şirkəti vasitəsilə əmtəə fyuçersləri ilə uğurlu ticarət edən Temur Əhmədov milyarder atası ilə anasına 453 milyon funt sterlinq məbləğində kompensasiya verilməsi qərarının icrasını pozmağa cəhd edib.
Nəşr bildirir ki, Teymur Əhmədov məhkəməyə boşanma prosedurunun bütövlükdə qanunsuzluğunu təsdiqləyən materialları təqdim edib. Bundan başqa, Əhmədovun vəkilləri Tatyana Əhmədova ilə onun maraqlarını məhkəmədə təmsil edən"Burford Capital" hüquq firması arasında danışıq şərtlərini araşdırmağı tələb edib.
Vəkillər hesab edirlər ki, "Burford Capital" müvəffəqiyyətli bir qərar çıxarıldığı təqdirdə "müvəffəqiyyət haqqı" adlı mükafatı alacağını gözləyir. Bildirilir ki, İngiltərədə belə "nəticəyə görə ödəmə" cinayət və ailə halları istisna olmaqla, bütün kateqoriyalar üçün icazə verilir. Bu isə o deməkdir ki, "Burford Capital" "müvəffəqiyyət haqqı" ilə İngiltərə qanunlarını pozur.
Qeyd edək ki, daha öncə KİV-də Əhmədovanın İngiltərənin Surrey qraflığında dəyəri 20 milyon funtdan da baha olan dəbdəbəli ev aldığı yazılıb. Məlumata görə, adicə evin içərisində saxlanılan rəsm kolleksiyası 30 milyon funt dəyərində qiymətləndirilir.
Məhkəmə Teymur Əhmədovun dəlillərini "Burford"un bu prosesdə iştirakını qanunsuz elan etməsi üçün kifayət qədər hesab edərsə, qəzetin yazdığı kimi, bu, yalnız məhkəmə qərarının yenidən işlənməsinə deyil, həm də ailə mübahisələrinə dair bütün məhkəmə investisiya təcrübəsinə qadağa qoyulmasına səbəb ola bilər.
Fərhad Əhmədov

Qeyd edək ki, F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir. London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq iş adamının ona 600 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarmışdı. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan etmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
XƏBƏR LENTİ
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat





