Maraqlı

Renault Sandero-nun yeni versiyası istehsal olunacaq

14 Yanvar 2020 08:46
0 Şərh     Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dacia şirkəti yeni Sandero hetçbekinin test sınaqlarına başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki,  internet şəbəkədə ümumi istifadədə olan yollarda sınaqlar zamanı aşkar edilmiş avtomobilin casus təsvirləri yayılıb. Ekspertlər hetçbekdə yeni nəsil Duster krossoverinin dizayn elementlərinin təkrarlanmasını dərhal hiss ediblər. Oxşarlıqlar özünü işıq diodlu optika formasında, həmçinin avtomobilin radiator barmaqlığında bəlli edir.

Banda yenilənmiş hetçbekin əsas relyefini gizləyən qoruyucu plyonkadan istifadə olunub. Yenilik yüksək rahatlıq və təhlükəsizliyə xidmət edən CMF-B platformasında inşa edilib. Mütəxəssislər bildirirlər ki, yeni model 95 at gücündə olan 1,3 litrlik mühərrikə malikdir. Həmçinin 130 at gücündə təkmilləşdirilmiş nüsxə də satışa daxil olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.