Maraqlı

“iPhone” son onilliyin ən möhtəşəm cihazı adlandırılıb

17 Dekabr 2019 08:51
0 Şərh     Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"The Verge" nəşri son illiyin 100 əsas qurğusundan ibarət reytinq tərtib edib. "iPhone 4" son onilliyin ən möhtəşəm qurğusu adlandırılıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, baş redaktor Nil Patelin sözlərinə görə, 2010-cu ildə təqdim edilmiş aparat bazarda ən gözəl, innovativ və nüfuzlu smartfondur. Məqalədə deyilir ki, "Apple" şirkətinin smartfonu şüşə və metaldan korpus, qabaqcıl "A4" prosessoru, möhtəşəm "Retina" displey və rahat əməliyyat sisteminə malik ilk telefon olub.

ABŞ-ın "ağıllı" qurğular bazarının liderlərindən biri "Amazon Echo" smart kolonkası ikinci pillədə, yığcam "MacBook Air" noutbuku isə üçüncü pillədə yerləşdirilib. "Apple" şirkətinin digər iki məhsulu - "AirPods Pro" (6-cı yer) və "Apple Watch" smart saatı (7-ci yer) ilk onluğa daxil edilib. Nəşrin redaksiyası 2015-ci ildə təqdim edilmiş "Samsung Galaxy S6" smartfonunu 4-cü, "Tesla Model S" elektrik avtomobilini isə 5-ci pillədə yerləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.