Maraqlı

İdman etmədən də arıqlamaq mümkündür?

17 Noyabr 2019 19:45
0 Şərh     Baxış: 1 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dietoloqlar, arıqlamaq üçün, hər hansı səbəbdən fiziki məşq edə bilməyən insanlara bəzi məsləhətlər verir. Arıqlamaq üçün qida rasionuna ət, quş əti, balıq kimi proteinlə zəngin qidalar əlavə edilməlidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  alternativ olaraq mütəxəssislər tofudan (soya kəsmiyi), lobyadan, noxuddan, qoz-fındıqdan, çia toxumundan, balqabaq toxumundan və duzlanmamış fıstıqdan istifadə etməyi məsləhət görür. Mütəxəssislərin fikrinə görə, fasiləli qidalanma rejimini seçmək lazımdır. Bu zaman qidalanmaya yalnız müəyyən vaxtlarda icazə verilir. Məsələn, insan səkkiz saat ərzində sutkalıq kalori normasını qəbul edir, qalan 16 saat qidasız qalır.

Alternativ variant kimi mütəxəssislər, həftədə üç gün gündəlik kalori ehtiyacının 25 faizi, qalan günlər isə həmişəki kimi yemək, lakin həddindən artıq yeməməyi məsləhət görür. Mütəxəssislər eyni zamanda arıqlamaq istəyənləri, pəhrizdən enerji içkiləri daxil olmaqla, şirin və şirinləşdirilmiş içkiləri ixtisara salmağı məsləhət görür.

Bundan əlavə, mütəxəssislər stressdən qaçmağı tövsiyə edir. Belə ki, stress insanda güclü iştahın yaranmasına səbəb ola bilər. Effektiv arıqlamaq üçün mütəxəssislər yaxşı və müntəzəm yuxunu qaçılmaz hesab edir.

Yaxın vaxtlarda mütəxəssislər, qarın piyini azaltmaq üçün idman zalında edilən fiziki məşqlərin təsirsizliyi haqda danışmışdır. Məşqçi Hanna Lyuisin sözlərinə görə, qarın piylərinin əridilməsi üçün xüsusi nəzərdə tutulmuş fiziki hərəkətləri yerinə yetirmək faydasızdır. Onun sözlərinə görə, çəkinin azalması fiziki məşqlər fonunda bədəndə kalori çatışmazlığı zamanı baş verir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.