Avtomobil ustalarının gizlətməyə çalışdığı bəzi sirlər – ARAŞDIRMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Siz də avtomobil ustalarına güvənən sürücülərdənsiniz? Avtomobilinizə düzgün şəkildə qulluq edə bilən bir usta tapmısınızsa, çox şanslısınız. Təəssüf ki, bütün ustalar müştərilərinə qarşı məsuliyyətli və dürüst olmurlar. Maşınınızı servisə aparan zaman ustaların bəziləri müəyyən məqamları sizdən gizlədə bilər. :
1. Əgər usta sizə avtomobilin akkumulyatorunun dəyişdirilməsini israr edirsə, inanmayın. Milli.Az ted.az-a istinadən bildirir ki, akkumulyatorun ömrünü uzatmağın mümkünlüyünü çox sürücü bilmir. Bəzən onu dəyişmək doğrudan da lazım olur, amma çox vaxt servislər sizə pul xərclətmək üçün əllərindən gələni edirlər. Əslində akkumulyatorların ən böyük nasazlıqları onların özündə deyil, naqillərində olur. Akkumulyatorun bağlandığı yerlər vaxt keçdikcə aşınır və zədələnir. Buna görə də o, avtomobilinizə əvvəlki qədər güc ötürə bilmir. Bəzi insanlar naqillərin akkumulyatora bağlı hissələrinə "Coca-Cola" tökürlər və bununla da korroziyanı yox edirlər. Onu da qeyd edəki ki, akkumulyator satılmazdan əvvəl mağazada nə qədər çox qalırsa, gücü bir o qədər azalır. Buna görə də, akkumulyatorunuzu dəyişən zaman onun istehsal tarixinə baxın.
2.Ustaların çoxu avtomobilinizin yağının hər 5000 kilometrdən bir dəyişdirilməli olduğunu deyir. Buna baxmayaraq, müxtəlif avtomobil mütəxəssisləri hər 12000 kilometrdən bir yağ dəyişmənin düzgün olduğunu deyirlər. Üstəlik, əgər yağı hər 16000 kilometrdən bir də dəyişsəniz, avtomobiliniz heç bir ziyan görməyəcək. Tez-tez yağ dəyişməkdənsə, ustaların dili ilə desək, avtomobilinizin "yağ yeməməsinə" diqqət edin. Bəzi ustalar köhnə və kirlənmiş yağın avtomobilinizə ziyan verəcəyini deyir. Ancaq müasir avtomobillərdə yağ yanıb buxarlandığı üçün təmizlik məsələsi o qədər də vacib deyil. Sadəcə vaxtı gəldikcə avtomobilinizin yağını dəyişməlisiniz.
3. Əyləc yastıqları. Əlbəttə ki, heç bir sürücü əyləcdən gələn səsə biganə qala bilməz. Belə vəziyyət çoxumuzu narahat edir və avtomobili dərhal ustaya aparırıq. Bilmədiyimiz məqam odur ki, bu səsin səbəbi əyləc yastıqlarının üzərindəki pasdır. Əslində, bu pası fırçalamaqla, qazımaqla və ya üstünə hava axını ilə təsir göstərməklə, rahatlıqla təmizləmək olar. Bəzi sürücülər bu problemi özləri həll etsə də, bəziləri yeni əyləc yastığı dəsti almalı olduqlarna inanırlar. Əslində isə əyləc yastıqları tamamilə paslanmamış, onları dəyişməyə ehtiyac yoxdur.
4. Pulsuz servis. Bir çox hallarda sizi pulsuz servisə dəvət edirlər. Çoxumuz da onsuzda pul ödəməyəcəyimizi düşünüb dərhal maşını servisə aparırıq və elə bunula da səhv edirik. Baxış bitdikdən sonra usta mütləq maşının təcili təmirə ehtiyacı olduğunu deyəcək. Sizə avtomobilinizi, yalnız hansısa problemi olduğu zaman servisə aparmağı məsləhət görürük.
5.Ustaların çoxu "hidravlik sükanın baxıma ehtiyacı var" və ya "soyutma suyu mütəmadi olaraq dəyişməlidi" ifadələrini tez-tez işlədir. Əslində isə yağ dəyişmə kimi bu xidmətlərin də hər 16000 kilometrdən bir yerinə yetirilməsi kifayətdir.
6. Əgər sizə desələr ki, təkərlərin yeri dəyişməlidir, buna da inanmayın. Bu proses təkərlərin dişlərinin daha tez paslanmasına səbəb ola bilər. İlk öncə onu deyək ki, təkərlərin, həqiqətən, dəyişib-dəyişməməsini başa düşmək demək olar ki, mümkün deyil. Bunu anlamaq üçün təkərlərin üzərinə hansısa nişan qoya bilərsiz. Təkərlərin rotasiyası (əvəzlənməsi) isə onların paslanma sürətini azaltmaz.
7.Yağ işığının yanmasını çoxumuz ciddi problem hesab edirik. Bunun səbəbini çox az sürücü bilir. Səbəb isə yanacaq çəninin qapağının lazımi qədər sıxılmaması ola bilər. Qapaq kifayət qədər sıxılmazsa, oksigen çənin borularından içəri sıza bilər.
8. Bəzi ustalar sizə motora və ya yanacaq çəninə əlavə etmək üçün müxtəlif maddələr təklif edə bilər. Bu maddələr kifayət qədər bahalıdır. Mütəxəssislər bildirirlər ki, avtomobilə mütəmadi nəzarət etsəniz, belə məhsullara ehtiyacınız qalmaz. Aldığımız yanacaq və mühərrik yağları onsuz da lazımi əlavə maddələrlə zənginləşdirilmiş olur. Bu maddələr həm də kirliliyin və tez buxarlanmanın qarşısını alır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
1000 at güclü yeni elektrikli “Jaguar”ın salonu - (Foto)
-
Türk məşhurlar övladları ilə çimərlikdə - (Fotolar)
-
Azərbaycanlı məşhurların makiyajsız görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Pəncərə kənarına yalnız bir səbət qoymaq bəs edir: Milçəklər evə girmədən qaçır
-
Lukaşenko onları “axmaq” adlandırdı - (Video)
-
İsmayıllıda maşınlar suyun altında qaldı (Video)
XƏBƏR LENTİ
-
1000 at güclü yeni elektrikli “Jaguar”ın salonu - (Foto)
-
Türk məşhurlar övladları ilə çimərlikdə - (Fotolar)
-
Bu qidalar prostat xərçəngi riskini artırır
-
Azərbaycanlı məşhurların makiyajsız görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Pəncərə kənarına yalnız bir səbət qoymaq bəs edir: Milçəklər evə girmədən qaçır
-
Lukaşenko onları “axmaq” adlandırdı - (Video)
-
Gökhan Özen ikinci dəfə evləndi - (Foto)
-
İsmayıllıda maşınlar suyun altında qaldı (Video)
-
Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
-
Bakı sakini tikinti şirkəti tərəfindən evinə ziyan vurulduğunu iddia edir (Video)
-
Günün qoroskopu: Günün əsl ulduzu siz olacaqsınız
-
Nardaranda su nasosunda sıxılı qalan 4 yaşlı uşaq ölüb - Yenilənib
-
Alla Puqaçova bir çıxışı üçün 200 min manat tələb edir
-
Bakıda məktəb binasının icarə haqqı niyə ödənilmir? - Mülk sahibi ilə Təhsil İdarəsi arasında -mübahisə (Video)
-
İranda canlı yayımda mesaj oxuyan molla biabır oldu - (Video)
-
Kondisioneriniz işləyib soyutmursa, səbəb bu ola bilər: Mütəxəssislər xəbərdarlıq etdi
-
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” (Foto)
-
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
-
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı açıqlama
-
Ermənistan Prezident Administrasiyasına yeni rəhbər təyin olundu
-
Böyükşor gölü yaşıl rəngdə - Analiz aparılır - (Foto)
-
Qubada 4,9 ballıq zəlzələ oldu - FHN-dən açıqlama - Yenilənib
-
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
-
Süni intellekt gələcəyin peşələrini açıqladı: Bir çoxu hələ mövcud deyil





