Maraqlı

Apple iPhone 5 sahiblərini iOS 10.3.4 yeniləməsinə məcbur edir

31 Oktyabr 2019 22:55
0 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple köhnə iPhone smartfonlarını yeniləmək üçün məlumatları fəal şəkildə yayır və şirkət artıq dəstəklənməyən cihazların istifadəçilərinə xatırlatmalar edir.

Belə ki, iPhone 5 sahiblərinin smartfonlarının ekranında iOS 10.3.4 versiyasına yeniləmə tələb olunan bildirişlər görünməyə başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, yenilənməni noyabr ayının 3-nə qədər həyata keçirmək lazımdır.

Yeniləmə quraşdırılmadıqda, istifadəçilər şirkətin xidmətlərinə çıxışı itirə bilərlər, çünki aprelin 6-dan 7-dək GPS sayğacları yenidən qurulacaq.

Bu isə, tarixin və vaxtın, eləcə də yerləşdiyiniz məkanın düzgün göstərilməməsinə səbəb olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.