Maraqlı

“Millionaire Estate Baku” diqqətləri özünə cəlb etdi - FOTO

8 Oktyabr 2019 14:00
Baxış: 2 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtımızda Millionaire Concept layihəsi nəzdində ilk dəfə keçirilən, "Millionaire Estate Baku" maraqlı və unudulmaz anlarla yadda qalıb.

"Holiday Group" və "Led.Az Events" şirkətinin birgə təşkil etdiyi gecədə türkiyəli model, aktrisa, dəb ikonu sayılan İvana Sert sosial şəbəkədə məşhurluq qazanan üç bacı, dəb bloqerləri Nadine, Farah və Alice Abdelaziz kimi populyar simalar qatıldı. Qonaqlar əvvəlcə "Atəşgah" rəqs qrupu tərəfindən möhtəşəm "fire show" izləyiblər. Daha sonra isə gecənin rəsmi hissəsi baş tutub. Layihəni dəstəkləyən "The Luxury Network" beynəlxalq şirkətinin Türkiyə üzrə təmsilçisi Erdem Akçıl çıxış edərək bildirib ki, "Millionaire Concept" olduğca faydalı bir layihədir və məqsədi ölkələr arasında turizm sektorunun inkişafına böyük töhfə verməkdir.

Layihənin  ideya müəllifi Aqil Məmiyev isə qeyd etdi ki, paytaxtımız üçün maraqlı və faydalı hesab olunan belə tədbirlərin il ərzində bir neçə dəfə keçirilməsi planlaşdırılır. Çıxışlardan sonra "Kengerli Baku", "Gunel Behbudova" və "Noora Brand" kimi məşhur brendlərinin dəb kolleksiyası nümayiş olunub. Tədbirdə iştirakçılar əyləncəli şoudan zövq almaqla yanaşı informativ, məhsuldar və biznes yönümlü proqramdan yararlanmaq imkanını da əldə ediblər.

Daha sonra gecənin mükafatlandırma hissəsinə start verilib. Mükafatçılar arasında İvana Sert, dəb bloqqerləri Nadine, Farah və Alice Abdelaziz, memar Mohamad Chamma, layihənin ulduz yerli səfirləri arasında, xalq artisti Faiq Ağayev, müğənni Zamiq Hüseynov, iş adamı Ramil Rzayev, Dr. Vüqar Ələkbərov və Dr. Azay Musayeva, moda və dəb sektorundan Fuad Hacıyev, Günel Behbudova, Əminə Amin, Cəlal Kəngərli və Ruslan Mamedov  və digər tanınmış simalar var idi. Mükafatları ulduzlara gecənin aparıcıları Samir Bayramlı və Nura Suri təqdim etdilər. Daha sonra gecə DJ Çinanın möhtəşəm performansı ilə davam edib.

Qeyd edək ki, layihənin təşkilatçıları Aqil Məmiyev, Nərmin Səfərova, Əliağa Kürçaylı və Elxan Hüseyndir.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.