İmmuniteti gücləndirən dərman varmı? – Pediatrdan AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
""Doktor, bizim uşağımıza immunitetini gücləndirmək üçün müalicə yazın. Heç olmasa, vitaminlər filan təyin edin". Qəbuluma ilk dəfə gələn valideynlərin müraciətləri bu şəkildə olur. Mən o cür dərmanlar təyin etmirəm. Çünki bütün dünyada elə bir dərman yoxdur".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb.
"Siz doğrudan da düşünürsünüz ki, immuniteti gücləndirən möcüzəvi dərman var, lakin həkim onu sizdən gizlədir? Yaxud həkimin heç o cür dərmandan xəbəri yoxdur?
Vitaminlərə gəldikdə isə, onlar yalnız orqanizmdə az olduğu zaman təyin edilirlər. Bunu isə anamnezə (simptom və kliniki təzahürlərə) və laborator müayinələrin cavabına uyğun olaraq təyin edirik", deyə mütəxəssis bildirib.
Pediatr qeyd edib ki, immunitet keçirilmiş yoluxucu xəstəliklərin fonunda əmələ gəlir: "Təbii ki, uşaq körpə ikən və xəstə uşaqlarla və ümumiyyətlə, insanlarla təmasda olmadığı müddətcə daha az xəstələnir. Bağça və məktəbə getməyə başlayandan sonra daha da çox xəstələnəcək. Və bu, normaldır".
Mütəxəssis deyib ki, əgər övladınıza yardım etmək istəyirsinizsə bunlara əməl edin:
1. Onu sağlam qida ilə bəsləyin
2. Təmiz havada çox gəzdirin
3. Yuxu problemlərini aradan qaldırın
4. Fiziki aktivliyini (idman) artırın
5. Mənəvi rahatlığını təmin edin (yanında mübahisə etməyin).
H. Hacıağayevin sözlərinə görə, immunitet uşağın əhval-ruhiyyəsindən və ailənin aurasından çox asılıdır. Ruhən rahat olan uşaqlar problemli ailələrin uşaqlarına nisbətdə daha sağlam olurlar: "Əgər uşağınızın "immunitetini gücləndirmək" adı ilə dərmanlar təyin edirlərsə, qəbuluna getdiyiniz insanın yaxşı həkim olub-olmadığını bir daha ağlınızdan keçirin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı





