Maraqlı

Öz adınızı Marsa göndəriləcək mikrocipə yaza bilərsiniz - NASA təklif edir

30 Sentyabr 2019 19:34
3 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA Aerokosmik Agentliyi arzu edən hər kəsə öz adını Marsa göndərməyi təklif edir.

Milli.Az bildirir ki, AZƏRTAC bu barədə agentliyin "Twitter" səhifəsinə istinadla xəbər verir.

"Öz adınızı Mars-2020 aparatı vasitəsi ilə qırmızı planetə göndəriləcək mikroçipə yazın", - NASA-nın təklifində belə deyilir. Bunun üçün NASA-nın rəsmi saytındakı formanı doldurmaq tələb olunur.

Missiya 2020-ci ilin yay aylarında Marsa yollansa da, formanı sentyabrın 30-u Şimali Amerika şərq vaxtı ilə saat 23:59-dək (Bakı vaxtı ilə oktyabrın 1-i saat 08:59) doldurmaq lazımdır. Adınızın Marsa göndərilməsini istəyirsinizsə, bunun üçün hələ vaxtınız var.

Son məlumata əsasən, artıq 10 milyon 300 mindən çox insan adını Marsa göndərmək istəyir. Onlardan ən çoxu türkiyəli (2,5 milyon nəfər), hindistanlı (1,69 milyon nəfər) və ABŞ vətəndaşlarıdır (1,37 milyon nəfər).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.