Maraqlı

İmam Həsənin dəfnində İmam Hüseynin göstərdiyi səbir

21 Sentyabr 2019 22:10
3 Şərh     Baxış: 1 120

Əgər səbir üçün kimisə nümunə göstərmək istəyiriksə, İmam Hüseyn (ə) ən gözəl örnəkdir. O, yaşayışı və əxlaqı ilə nə qədər sabir olduğunu dünyaya nümayiş etdirdi. Səbrin acı şərbətini içdi və axirətin şirinliyini seçdi.

O Həzrət (ə) uşaqlıqdan ağır sınaqları, ata və anasının başına gələn müsibətləri, zalımların zülmünü, aclıq və susuzluğu, qardaşlarının və övladlarının, səhabələrinin şəhadətini müşahidə etməsinə baxmayaraq, böyük səbir nümayiş etdirərək dözmüşdür.

Səbir etdiyi zülmlərdən biri qardaşının cənazəsinə xəyanət edilən zaman olmuşdur. O zaman ki, İmam Həsənə (ə) qüsl verdilər və kəfənlədilər, İmam Hüseyn (ə) qardaşının cənazəsinə namaz qılır və onu babası Rəsulallahın (ə) mübarək qəbrinin yanında dəfn etmək istəyir. Mərvan qatıra minir və özünü təsir edən bilən bəlli adama çatdırır və bu işi dayandırmağa təhrik edir. O adamın da tərəfdarları yığılır və cərgə qururlar.

Yığılanlar İmam Hüseynə (ə) deyirlər ki, İmam Həsəni (ə) babasının qəbrinin kənarında dəfn olunmasına imkan verməyəcəklər. İmam (ə) buyurur ki, bura - Peyğəmbərin (s) evidir. Və onların bu evdən ancaq addımları qədər payı vardır.

Və Bəni-Haşim qılınca əl atır və az qalır döyüş başlasın. İmam Hüseyn (ə) qardaşının vəsiyyətinə əsasən ki, buyurmuşdu qan tökülməsin - səbir edir və buyurur: "Allahdan qorxun! Məbada elə iş görəsiniz ki, qardaşımın vəsiyyəti zay olsun".

Sonra həmin adama xitab edərək, buyurur: "Allaha and olsun ki, əgər qardaşım vəsiyyət etməsəydi, onu burada dəfn edərdim". (Yəni qan tökülməməyi vəsiyyət etməsəydi, sizlərə məhəl qoyulmazdı).

Ancaq o adam dediklərindən əl çəkmədi, əksinə, İmam Həsənin (ə) tabutunu oxlamağa başladılar...

İmam Hüseynin (ə) Kərbəlada göstərdiyi səbir isə səbrin ən pik nöqtəsi idi. İmam (ə) bu vaqiədə hər nəyi vardısa, qurban verdi. Malını, canını, qardaşlarını, övladlarını, səhabələrini... Xanımının və qızlarının əsir düşməsinə razı oldu ki, bunu hər kəs elə bilməz.

İmam Hüseyn (ə) qeyrət qalasının zirvəsində qərar tuturdu. Ancaq Allaha xatir bu dəhşətli müsibətə də razı oldu və səbir etdi.

Budur səbrin ən yüksək zirvəsi. İmam (ə) bu dünyada olan hər şeyini qurban verdi ki, biz İslam dininin qədrini bilək və onun davamçılarından olaq.

Eləcə də səbir mövzusunda.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    ALEKS❤ · 21 Sentyabr 22:3460

    Ləbbəyk ya Hüseyn!!!

    Cavab yaz
  • Anonim
    Tənqidçi · 21 Sentyabr 23:0470

    ALLAH Sizlərə xatir bizim günahlarımızı bağışlasın...Həqiqətən peyğəmbərimizin (s) əhli beyti əsl insanlıq nümünəsidir...

    Cavab yaz
  • Anonim
    Re · 22 Sentyabr 08:5430

    Əhlı Beytin haqqina cox girildi.Fədək alındi dinmədilər,Xilafət qəsb olundu -dinmədilər.İmam Həsənin tabutu oxlandi,oz'evinde defn olunmaga izn olmadi.Allah zalımlara lənət eləsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.