Maraqlı

Anarı erməni stilistlə müqayisə edib, təriflədilər

10 Sentyabr 2019 17:39
3 Şərh     Baxış: 2 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Домашний очаг" dərgisi stilist Anar Ağakişiyevlə bağlı məqalə dərc edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Bakıdan olan stilist illəri makiyajla silir" başlıqlı yazıda Anarın müştərilərini make-up vasitəsilə 20 yaş cavanlaşdırdığını yazıb.

"Qadınlar hər yaşda möhtəşəm görünməyə çalışırlar. Onun işləri təkcə Azərbaycanda yox, dünyanın bir çox yerində tanınır. makiyaj edərək Anar müştərilərini 20, hətta 30 yaş cavanlaşdırır" deyə, məqalədə qeyd edilib.

Yazıda A.Ağakişiyevin hər bir qadını özünü dəyərli hiss etməyə yardımçı olduğu vurğulanıb.

Məqalədə maraqlı məqamlardan biri isə Anarı erməni stilist Qoar Avetisyanla müqayisə etmələri olub. "Buna bənzər halları Qoar Avetisyanın işlərindən görmüşük. Amma bu möhtəşəmliyi edən bir kişidir. razılaşın ki, Anarın işləri heyrətləndirir" yazaraq, Ağakişiyevin daha maraqlı əl işləri olduğunu vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.