Dubaylı mühəndis avtobusda sərnişinləri sayan qurğu icad etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birləşmiş Ərəb Əmirliklərində süni intellektdən istifadə etməklə avtobuslarda sərnişinlərin sayını müəyyən edən qurğu icad olunub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dubayda yerləşən "AlmasRobotics" texnoloji və mühəndislik şirkətinin banisi və baş direktoru Fəhim Almas məktəb avtobuslarında uşaqların təhlükəsizliyini qorumaq üçün "SafeBus" (təhlükəsiz avtobus) adlı qurğu icad edib. Bu aparatı avtobusun qapılarında yerləşən bir neçə ötürücüyə birləşdirərək sərnişinlərin hərəkətinə nəzarət etmək və salona giriş-çıxış zamanı onların sayının qeydiyyatını aparmaq mümkündür. Avtobusun mühərrikinin işə düşməsi ilə cihaz avtomatik olaraq aktivləşir və bir saniyə ərzində informasiyaların sayılımasını təmin edir.
Qeyd edilir ki, nəqliyyat vasitəsinin mühərriki söndürüldükdən sonra qurğu avtobusdan çıxan sərnişinlərin salona daxil olanların sayı ilə düz gəlib gəlmədiyini müəyyən edir və içəridə sərnişinin qalmasını aşkar etdikdə dərhal həyəcan siqnalı verərək sürücüyə, yaxud nəqliyyat şirkətinə qısa mesaj göndərərək xəbərdarlıq edir. Yeni qurğunun əsas məqsədi uşaqların məktəb avtobusunda qalmasının qarşısını almaq və BƏƏ-də təhlükəsizlik standartlarını yüksəltməkdir.
Yeni qurğunun buraxılmasını şərh edən mühəndis Fəhim Almas qeyd edib ki, onunla bağlı böyük ümidlər var. Belə ki, bu qurğu bazara yeni konsepsiya gəyirir və ciddi problemin innovasiyalı və problemsiz həllinə kömək edir. Məhz bu cür yeniliklər Dubayı yaxın gələcəkdə dünyanın ən "ağıllı şəhər"lərindən birinə çevirmək kimi iddialı planın həyata keçirilməsinə şərait yaradır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
XƏBƏR LENTİ
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)





