Maraqlı

Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı - "Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü"

8 Sentyabr 2019 19:59
49 Şərh     Baxış: 4 650

İnternetdə Rusiya İmperatoru 2-ci Nikolayı və ailəsini güllələmiş NKVD-nin sabiq əməkdaşı Qriqori Nikulinin uzun illər məxfi saxlanılmış səs yazısı yayılıb.

Milli.Az azpost.info-ya istinadən məlumat verir ki, 1917-ci ildə bolşeviklərin Rusiyadakı noyabr  çevrilişindən sonra imperator ailəsi Urala - Yekatrinburqa aparılıb və İpatevlərin evində saxlanılıb.  Uzun müddət Lenin başda olmaqla bolşevik rəhbərliyi Romanovlar ailəsi ilə necə rəftar edilməsi barədə qəti qərar verə bilməyiblər.

Yalnız 1918-ci ilin iyulunda imperator ailəsinin qətlinə fərman verilib və gizli dəfn edilib.  Rusiya imperatoru 2-ci Nikolay və ailə üzvləri 1918-ci il iyulun 16-dan 17-nə keçən gecə İpatevlər evində qətlə yetirilib.  Güllələnmə üçün əsas olaraq bolşeviklərin rəhbərlik etdiyi Ural vilayətinin əsgər, fəhlə, kəndli Sovetinin qəbul etdiyi qərar götürülüb.

Həmin gecə 50 yaşlı çar 2-ci Nikolay, 46 yaşlı həyat yoldaşı Aleksandra Fyodrovna, knyaginiyalar -22 yaşlı Olqa, 21 yaşlı Tatyana, 19 yaşlı Mariya, 17 yaşlı Anastasiya və 13 yaşlı şahzadə Aleksey güllələnib.

Boleşviklər həmçinin ailə həkimi olan 53 yaşlı Botkinə, aşpaz Xaritonovu, nökər Truppu və qulluqçu Demidovaya da rəhm etməyiblər.

1964-cü ildə yazılmış səs yazısında Nikulin 1918-ci ilin iyulunda çar ailəsinin necə öldürdüklərini soyuqqanlıqa nəql edir, bu gülləbaranın detallarını açıqlayır.

Onun sözlərinə görə,  həmin il Yekaterinburqda hamı çar ailəsi bağlı hansı qərarın veriləcəyini gözləyirdi:  "Hamı gözləyirdi ki, bu işin sonu necə olacaq. Biz bilirdik ki hansısa bir son olacaq. Gözəl günlərin birində, 16 iyulda Yurovski (çar ailəsinin güllənməsinə rəhbərilik etmiş şəxs -red) mənə dedi ki, onu İcraiyyə Komitəsinə çağırırlar.  3-4 saatadan sonra qayıdıb bildirdi ki, "vəssalam, qərar verildi.  İndi şəhərdə xüsusi vəziyyət elan olunacaq. Bu gecə biz çar ailəsinin hamısını aradan götrüməliyik".  Sual bu idi: Necə?"

Nikulin onlara göndərilmiş direktivdən danışır və qeyd edir ki, "yuxarıdan" verilən göstərişə görə bu qətl hay-küysüz həyata keçirilməli idi: "Bəs necə edək? Biz bir neçə variant düşündük. Bir varianta görə, imperator ailəsinin hər bir üzvünə  ayrılıqda yanaşıb onları yatdıqları çarpayıda güllələmək. Başqa bir təklifə görəsə  çar ailəsini qayda-qaunu yoxlamaq adı ilə bir otağa cəmləyib otağa bomba tullamaq. Son variant isə ən ağlabatan variant oldu: Evə hucum təhlükəsi olduğunu elan edərək onların hamısını otağa yığmaq, orada güllələmək.  Proses hardasa gecə saat 11-in yarısında başlandı. Yurovski imperatorun ailə həkimi olan Botkinin otağına gedib onu oyatdı ona bu barədə dedi. Bildirki ki, hucum gözlənlir və biz müdafiə olunacağıq. Odur ki, çar ailəsi aşağı otağa düşməlidirlər". 

Nikulinin sözlərinə görə, güllənməyə kömək üçün Fövqəladə Komisisyada -"ÇK"da işləyən Medvedyev, Rodzinski Yermakov və daha 4 nəfər göndərilmişdi. Güllənmələni icra etmək üçün 8 nəfər ayrılmışdı: "İmperatorun bütün ailə üzvləri otağa yığışdı. Bz qadınların oturması üçün stullar da qoyduq. Çünki azyaşlı şahzadə Aleksey çətinliklə yeriyirdi.  İmperatiriçə Aleksandra Fyodrovna oturdu. Bu zaman Yurovski qısaca bildirdi ki, "sizin dostlarınız Yekatrinburqa hucuma başlayıb. Odur ki, siz ölüm cəzasına məhkum edilmisiniz. Onlar söhbətin nədən getdiyini heç anlamadılar da... 2-ci Nikolay eləcə "a-a-a" deyə bildi. Bundan sonra atəş açmağa başladıq.  Birinci, ikinci... Bir neçəsi güllə yaralarından ölməmişdi.  Deysən knyaginiya Anastasiya və balışı qucaqlayan Davıdova... Balışı əlindən alıb onu öldürməli oduq. Şahzadə Aleksey də xeyli müddət tərpəndi. Sonunda biz hamısını  öldürdük. Mən hesab edirəm ki, onlara humanist münsibət sərgiləndi".

Yerigəlmişkən qətliamda iştirak etmiş İsay Rodzinski də 1964-cü ildə verdiyi verdiyi müsahibəsində yeniyetmə şahzadəyə xeyli güllə vurduqlarını etiraf edib: "Ona 11 güllə vurduq, nəhayət canını tapşırdı. Aleksey çox diribaş və şən uşaq idi. Yerigəlmişən çox yaraşıqlı idi".

Səs yazsının rəy bölməsində istifadəçilərin böyük əksəriyyəti Nikulini və bu cinayətdə iştirak edənləri lənətləyib.

Səs yazısını isə çar qatili olan Medvedyevin "Nauka" nəşriyyatının tarix redaksiyasında işləmiş oğlu Mixail Medvedyev yazıb. 1964-cü ilin oktyabrında o keçmiş çekist Qrioqri Nikulini Radio Komitəsinə dəvət edərək bu müsahibəni götürüb.  Müsahibə həmçinin çar ailəsinin üzvlərinin cəsədini yandırmış İsay Rodzinskidən də götürülüb. Medvdeyin oğlu onlara ağır sullar verib: Niyə uşaqları öldürdünüz? Kim öldürdü?

Bu səs yazısı partiyanın məxfi arxivinə göndərilib.

Medvediyevin oğlu xatırlayırdı ki, 30-cu illərdə Moskvaya köçən Yurovski, Medvedeyev və Nikulin onların evinə yığışanda söhbət həmişə eyni məsələyə çıxırdı: İmperator Nikolaya birinci kimin gülləsi dəydi?

Qətlin iştirakçıları hakimiyyətdən böyük töhfələr alıblar. Onlar Moskvanın mərkəzi yerlərində əla mənzillərdə yaşayıblar, yaxşı karyera qurublar. Mixail Medvdeyev NKVD-nin xüsusi səlahiyyətli apartının şöbə rəisi işləyib. Öz həmkarlarına qarşı təhqiqat işlərinə rəhbərlik edib. Nikulin isə Moskvanın su təminatı idarəsinə rəhbər göndərilib.

Qatillərin qəbri Novodeviçevo qəbristanlığında, Rusiyanın sabiq prezidenti Boris Yeltsinin məzarının qonşuluğundadır. Onların məzar daşlarında nə işə məşğul olduqları barədə heç nə qeyd edilməyib.

Güllənmədə iştirak etmiş Yermakov isə çar ailəsinə atəş açmış mauzerini Yekaterinburqdakı muzeyə bağışlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

49 Şərh:

  • Anonim
    F.S.D. · 8 Sentyabr 20:4080

    Alçaqlar uşaqların nə günahı vardı?((

    Cavab yaz
    • Anonim
      Ulya · 8 Sentyabr 21:0170

      Yəgin ki, çar övladı olmağı idi günahları...

      Cavab yaz
  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 8 Sentyabr 20:57100

    Gözümün önündə canlandırmağa çalışdım səhnəni.... Oturubsan, 13 yaşın var, ele də düz-əməlli bir şey anlamırsan, bir otağa yığırlar ailəni və sənə özünü biləndən xidmət edən sadiq adamları, karoçee bütün sevdiklərini... 7-8 nəfər əlində tapança olan gənc birdən başlayır atəş açmağa, öncə atan, sonra anan, bacıların, hamını güllələyirlər, sən də bədənində ilk ağrını hiss edirsən, isti nəsə axır, ağrı gələn yerdən aşağıya doğru, bir...iki..., biri daha... Artıq ağrılar dözülməzdir... Gözün qaralır stuldan yıxılırsan, ananın bacılarının qanlarının üstünə..... SON....

    Cavab yaz
    • Anonim
      PRiNS · 8 Sentyabr 21:3980

      Yox, siz bu sehnenin dehşetini, insan öldürmeyin nece murdar bir şey olduğunu hiss etmemisiniz.. Etmemisiniz.. Yeqin siz ölümle üz-üze gelmemisiniz. Bunu mövcud 6000 dilden heç biri ifade etmeye qadir deyil..

      Cavab yaz
      • Anonim
        GƏNCƏLİ AVROPADAN... · 8 Sentyabr 22:2340

        Öldürənin yerinə qoymadım, özümü, ölənon yerinə qoydum. 1 ay olar maşınla buradalarda yaşayan sərçəyə oxşar quşu vurdum, hələ də yadıma düşəndə özümə gələ bilmirəm.... Bir hadisəni də deyim, 1990cı il, 19 yanvar gecəsi, yaş 4, 5 hamı deyir ruslar bizi öldürməyə gəlir. Küçənin kişiləri stolpalara qara lent bağlayıb getdilər İmamzadə yoluna, evdə, anam(ata nənəm) mamam, bacım və mən qaldıq. Öz-özümə düşünürəm ki qapıdan girsələr səsini eşidəcəyik, (dəmir darvaza istənilən halda səs edəcək)nə edim, bıçağa çatana kimi onlar məni öldürər, eləcə həmin gecəni beynimdə strategiyalarla sabah etdim... 5 yaşım yox idi ee, ala, 5 yaşım yox idi... Bu məqaləni oxudum o gecə düşdü yadıma...

        Cavab yaz
        • Anonim
          PRiNS · 8 Sentyabr 23:2340

          He, qardaş.Çox çetin olub size.Etiraf edim ki men plan qurmazdım. 5 yaşımda men çox zeif idim. Herterefli.

          Cavab yaz
  • Anonim
    asi · 8 Sentyabr 21:1592

    Söyməyə goru olmayan o keçəl məxluq hər nə məxluq idisə, nəinki digər xalqların, öz millətinin də qanına susamış bir cani idi..

    Cavab yaz
    • Anonim
      Ulya · 8 Sentyabr 21:2882

      Corc Oruelin Heyvanıstan əsəri tam bolşevizmi səciyyələndirib. Əgər oxumamısınızsa, maraqlı əsərdir, məsləhət görərdim.

      Cavab yaz
    • Anonim
      PRiNS · 8 Sentyabr 21:35142

      Xomeyni kimi.. Xomeyni ile müqayisede Lenin daha humanist, ireliçi ve temiz idi. Çünki Xomeyni islam çirkabının,murdarlığının övladı idi....

      Cavab yaz
      • Anonim
        Mahir · 8 Sentyabr 21:4506

        Sen islam dusmenisen?

        Cavab yaz
      • Anonim
        asi · 8 Sentyabr 21:4884

        Buradakı xomeynipərəstlərin gözlərindən kənar))..Onun çirkin niyyəti və planları təəssüf ki, bizim milləti də zəhərləyib, nəinki Iranı..

        Cavab yaz
        • Anonim
          PRiNS · 8 Sentyabr 23:1941

          Hee, getdikce daha çox hiss olunur bu.Heç bilmirem hara gedir

          Cavab yaz
    • Anonim
      ƏSİ. · 8 Sentyabr 22:10102

      Deyəsən millətinin qanına susamış daha bir keçəl var yaxından tanıdığımız...

      Cavab yaz
    • Anonim
      Məqbulə · 8 Sentyabr 22:4014

      Hansı "öz" milləti? Bədbəxt şizofrenin anası yəhudi, atası Kalmık idi. Nə olduğunu anlamayan əcaib məxluq olub.

      Cavab yaz
      • Anonim
        asi · 8 Sentyabr 23:0562

        Ata tərəfi, ulu babaları xristian olub..Anası yox, anasının anasının yəni nənəsinin kalmık olma ehtimalı var..O da tam dəqiq deyil..

        Cavab yaz
  • Anonim
    ƏSİ. · 8 Sentyabr 22:0991

    İnsan:((Öz amalına çatmaq üçün hər şeyə çevrilə bilən yeganə məxluq...

    Cavab yaz
  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 8 Sentyabr 22:3487

    Prins... Qardaş, mən nə fanatik nə terrorist İşidçiyəm, mən müsəlmanam!!! Və bununla fəxr edirəm. Azərbaycanda hər yerdə müsəlman var deyə hiss etmirsən, amma buralarda İslamın böyüklüyü adamı adam olaraq saxlayır... İslam nə ərəb mədəniyyətidir, nə fars dünyagörüşüdür.... İslamın özü qüsursuz və möhtəşəmdir. Qüsurlu olanlar insanlardı, bizlərik... Xahiş edirəm, İslamı təhqir etmə!

    Cavab yaz
    • Anonim
      Papatya · 8 Sentyabr 22:4637

      Halal olsun!!!

      Cavab yaz
    • Anonim
      Məqbulə · 8 Sentyabr 22:5238

      Əhsən!!!! Bizə də yaraşan bax belə cavabdır. Cox sağ olun Gəncəli.

      Cavab yaz
    • Anonim
      ƏSİ. · 8 Sentyabr 23:0993

      Mən isə azərbaycanlıyam,şəxsən.Müsəlman olmamışdan əvvəldə azərbaycanlı olmuşam.Soruşsan heç bir millət özünə”müsəlma”am deməz.Ərəb,ərəbəm deyəcək.Fars,farsam.İngilis,ingilisəm.Təkcə biz özümüzə millət yox,din ilə don biçirik...Üzeyir bəyin ruhu şad...

      Cavab yaz
      • Anonim
        GƏNCƏLİ AVROPADAN... · 8 Sentyabr 23:2448

        Əsi xanım, çox güldüm bu şərhinizə.... Müsəlman, yəni İslam dini mənsubu olan adamdır, millət deyil.... Azərbaycanlı isə millətin mənsubudur.... Mənim müsəlman olmağım heç bir halda mənim azərbaycanlı olmağımı kölgələyə bilməz ki..və ya əksinə... . Hə, bu arada, o feleytonu mən 9cu sinifdə oxumuşdum...hardasa 18 il bundan əvvəl. Mənə qarşı kiminsə ağıllı-ağıllı istifadə etməyi düşünəcəyini heç ağlıma gətirməmişdim....))))

        Cavab yaz
        • Anonim
          ƏSİ. · 8 Sentyabr 23:5060

          Demək istədiyim,bizi biz edən dinimiz deyil,milliyətimizdi,Gəncəli..İstifadəyə isə əvvəlcə siz əl atdınız.Din mövzusu deyildi mövzu.Münasibətdə din üzərindən deyildi.Həm də,ərəbdə müsəlmandı amma müsəlmanam demir,ərəbəm deyir.Oxumaq şərt deyil,anlamaq lazımdır..

          Cavab yaz
          • Anonim
            GƏNCƏLİ AVROPADAN... · 9 Sentyabr 00:0214

            Din haqda danışmağı mövzulu-mövzusuz sevmirəm, sadəcə burada yazdığım ünvanlı şəkildə idi. Din başqa şeydir, milliyət başqa şeydir. Ərəbdən dinini soruşanda dinini deyir(müsəlman və ya xristian) , milliyətini soruşanda hara ərəbi olduğunu deyir. Güldürdüyünüz üçün də mən təşəkkür edirəm...

            Cavab yaz
        • Anonim
          ƏSİ. · 8 Sentyabr 23:5260

          Sizi güldürdüyümə sevindim.O ağır təsəvvürdən uzaqlaşmış oldunuz...

          Cavab yaz
        • Anonim
          ƏSİ. · 8 Sentyabr 23:5860

          “Qüsurlu olanlar insanlardı, bizlərik“bu sizin fikrinizdir,elə deyil??Bəs o İslam ərəbləri niyə insan etmədi??Deməli bizi biz edən din deyil,hörmətli şərhçi...

          Cavab yaz
          • Anonim
            GƏNCƏLİ AVROPADAN... · 9 Sentyabr 00:3215

            Baxın, araşdırın, kitabların da, peyğəmbərlərin də hamısı dövrünün ən anormal cəmiyyətlərinə gəlib həmişə. O ki qaldı, İslamın adam etməyinə. İslama doğru-düzgün riayyət edənləri adam edir. Hə, hələ bu ərəblərin azdan-çoxdan adam olmuş halıdır. Nə isə, bu söhbətin artıq mübahisəyə çevrilməsini istəmirəm. Qüsursuz olan İslamdır, müsəlmanlar deyil! Axırıncı qüsursuz müsəlman elə ilk Müsəlman olub. (SAS) Azərbaycana azərbaycanlıdan sevgilərlə....

            Cavab yaz
            • Anonim
              ƏSİ. · 9 Sentyabr 09:4550

              Bizdən də,sizə və dünyanın hər yerinə səpələnmiş bütün həmvətənlərimizə salamlar və sevgilər:).Mübahisə üçün,ağıllı görünmək üçün yazmamışdım məndə.Sadəcə hansı dinə mənsub olmağımızdan asılı olmasın bir birimizə verdiyimiz dəyər deyə müdaxilə etmişdim:).

            • Anonim
              PRiNS · 9 Sentyabr 10:1941

              Heqiqeten size halal olsun ,ESi xanım. Aşkar görünür ,cenabımız İslamdan tamamile xebersizdir. "Qüsursuz olan islamdır" kimi dehşetli cümleye men susa bilmezdim. Çünki bu cümle hardasa "1 aylıq quzu şiri parçalayıb" deye bir cümleden daha amansız ittiham idi.. Sebrli adı alan men dözmezdim. Heç olmasa İslamın 5-6 dehşetini yazardım. Bilmirem. Eh..

            • Anonim
              . · 9 Sentyabr 21:2200

              mene yaz.falesin sozu vardi orda.

            • Anonim
              (( · 10 Sentyabr 16:1400

              Men yazmisdim 14:09-da

  • Anonim
    Məqbulə · 8 Sentyabr 22:4800

    Rosarxiv- də olan tarixi faktlar bundan da dəhsətlidir. İnsan olmaqdan utanırsan o sənədləri görəndən sonra.

    Cavab yaz
  • Anonim
    azad iskender · 8 Sentyabr 23:0730

    Lenet olsun!Bunu etmek üçün! ancaq insanlıq hissindən və valideyn hissindən məhrum olmaq gərəkdir!!!!!

    Cavab yaz
  • Anonim
    Mahir · 9 Sentyabr 01:1200

    Nikolay oldurulmeseydi belkede sovet dovru qurulmazdi.

    Cavab yaz
  • Anonim
    Asi adlı sərhçiyə · 9 Sentyabr 12:2802

    Vladimir Solouxin "pri svete dnya" kitabında məlumat var. Anası Mariya İzrailevna Blank, yəhudi olub, atası ilya nikolaevic ulyanov kalmık olub. Kitabda maraqlı faktlar da var. Ana atası İzrail moyşeviç blank, babası moyşa içkoviç blank. Xristian əcdadları olmayıb. Dayıları sonradan provaslavlığı qəbul edib. Elmi işimin bir parçası olub bolşeviklər. Onları qonşularımdan daha yaxşı tanıyıram:))

    Cavab yaz
    • Anonim
      Məqbulə · 9 Sentyabr 13:1001

      Hətta ata babası Nikolay Vasilyeviç öz doğma qızı ,25 yaş kiçik Aleksandra ilə evlənir, və Aleksandra ona 4 uşaq dünyaya gətirir. Son uşağı da məhz İlya olur, leninin atası.

      Cavab yaz
    • Anonim
      PRiNS · 9 Sentyabr 13:1650

      İsteyirsen yehudi olmur lap zenci olsun.Ya da esli yapon olsun, ispan olsun,heç dexli var? O Rusiyalı olub. Parçalanmış Rus imperiyasını birleşdirib qüdretli bir dövlet yaradıb. Lenin Rus milletini ağ güne çixarmaq isterken qara zülmete apardi. Yol sehv idi. Sehv yox,rüsvayçı ve rezil idi

      Cavab yaz
      • Anonim
        Məqbulə · 9 Sentyabr 14:5600

        Zənci kəliməsi etimolojik olaraq baxıldığında paradoksal olaraq irqçilik mənasını kəsb edir. Parcalanmış Rusiyaya qaldiqda isə, 1907-1913 illər araslnda Rusiya istehsal gücünə görə Amerika,Almaniys və İngiltərəni geridə qoymuşdu. Saxta rəsmi tarixlə,gizli və doğru tarix aradında böyük ferq var. O isə arxivlərdə gizlənir.

        Cavab yaz
        • Anonim
          PRiNS · 9 Sentyabr 15:4600

          Müzakire mövzusu 1907-13-cü iller deyil. Ele o zaman müharibe başladı ve bolşevizmin ayaq açmasına sebeb olan iqtisadi çöküş 1917-ci ilde zirveye çatdı. Parçalanmamışdı Rusiya? 1918-de faktiki Rusiya mövcud deyildi.Hetta "çara sadiq" ağ generallar da bir-birinden müsteqil idiler.

          Cavab yaz
          • Anonim
            Məqbulə · 9 Sentyabr 19:1200

            PAarçalanmamışdı. Zəbt edilmişdi, güclü dövlət hamını qıcıqlandırır. 1907-1913 dəki dirçəliş Qərbə lazım deyildi.

            Cavab yaz
            • Anonim
              PRiNS · 9 Sentyabr 20:1000

              Meselen, Orta Asiyanı kim zebt elemişdi?

      • Anonim
        Məqbulə · 9 Sentyabr 15:0200

        Əslində elə ideya qara zülmət idi. Diktatura proletariatı və dialektik məntik.

        Cavab yaz
      • Anonim
        Məqbulə · 9 Sentyabr 15:1500

        1917- ci il Fevral inqilabında əli olan Kerenski də siz deyən "ruslardan" olub.Qəribədir, hakimiyyətə gələn sonrakı kommunistlər Troçkiy, Beriya və sair hamısı " rus" olub.

        Cavab yaz
        • Anonim
          PRiNS · 9 Sentyabr 15:4900

          Derinine getseniz, ne rus, ne türk, ne fars taparsınız. Bura Yapon adaları, ya da qedim İslandiya deyil. Çox qarışıq etno-menzere var. Hamı qarışıqdır. Hamı öz etnikinden "deyil"

          Cavab yaz
          • Anonim
            Məqbulə · 9 Sentyabr 19:0300

            Kiçik bir əlavə,:),etnik mənsubiyyətlə,irqi mənsubiyyəti səhv salmayaq. Etnik - mədəniyyət, irq isə biolojidir.və dünyada etno mirasını qoruyub saxlayan çox millət var.

            Cavab yaz
            • Anonim
              PRiNS · 9 Sentyabr 20:1300

              Men irqden danışmıram. Ne dediyimi yaxşı başa düşürsünüz. Deyirem ki qarşında dayanan erebin, rusun, almanın edlen hansı etnos olduğunu müeyyen etmek asan iş deyil. Bugünkü rus etnik simasını itirmiş alman da ola biler, türk de, talış da.

      • Anonim
        Məqbulə · 9 Sentyabr 15:2000

        Əslində mən asi adlı sərhçiyə cavab yazmışdım. Siz də fikir bildirdiyiniz üçün sağ olun.

        Cavab yaz
        • Anonim
          PRiNS · 9 Sentyabr 15:5100

          Siz de sag olun.Virtualdır, cavab vermeye de bilersiniz.

          Cavab yaz
  • Anonim
    Zəhra · 9 Sentyabr 18:1002

    Tarix kitablarını sevmirəm. Çalışıram onlardan uzaq durum. Mən ümumiyyətlə belə məqalələri sevmirəm. Amma oxuyuram. Keçmiş bizə heçnə vermir. Fikirləşək dünəni geri qaytara bilərikmi ? Xeyr. Düzdü keçmişimizi unutmamalıyıq. Amma tarixin üstünü toz basmış kitablarını vərəqləmək lazım deyil. Bu qətliamı oxuyandan sonra çox insan fərqli- fərqli emosialar yaşadı. Axı bu damğa nəyə lazımdı. Üstünü toz basmış Tarix kitablarını atıb yandıraq və yeni dünyaya baxaq. Keçmişdə yaşananlar mənim vecimə deyil. Əsas odur gələcək gözəl olsun. Amma onu da deyim ki, tarixə nə qədər nifrət eləsəm də kitablarımın böyük hissəsi tarixdi. Anlamıram özümü artıq. Bəzən nənələrimiz Sovetski danışır , özümü öldürməyim gəlir. Heç cür uyğunlaşa bilmirlər bu dövrə ona görə də daha onları uyğunlaşdırmağa çalışmaqda özümü yormayacam.Keçmişi unutmurlar və elə o təfəkkürdə qalıblar. Heyif

    Cavab yaz
  • Anonim
    Nazim · 13 Sentyabr 19:4100

    Qətildə . Safaryan adlı erməni aktif iştrakcı olub

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.