Maraqlı

Rusiyanın Çelyabinsk vilayəti uzunmüddətli tikintilər siyahısına salınıb

19 Avqust 2019 18:49
0 Şərh     Baxış: 878

Rusiyanın Çelyabinsk vilayəti Ural Federal Dairəsinin uzunmüddətli tikintilər siyahısına salınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Tikinti və mənzil kommunal təsərrüfatı naziri Vladimir Yakuşev mətbuat konfransında deyib.

Sözügedən vilayətdə yarımçıq tikililərin ciddi problem yaratdığını söyləyən nazir, Sverlovsk vilayətində də bu cür problemlərin yer aldığına diqqət çəkib.

Verilən məlumata görə, hazırda Çelyabinsk regionunda 56 problemli obyekt var. Yaxın 2 ildə isə cəmi 18 evin istifadəyə veriləcəyi gözlənilir.

Problemli evlərin tikintisinin başa çatdırılması üçün vilayətdə regional fond yaradılacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.