Maraqlı

Polis öz ölümünü CANLI YAYIMLADI

9 Avqust 2019 03:30
0 Şərh     Baxış: 1 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ufa şəhərindən olan 23 yaşlı sahə məvəkkili öz ölümünü sosial şəbəkədə yayımlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, kadrda avtomobil idarə edərkən ağlayan bir gənc oğlan göstərilir, sonra görüntü yox olur.

Şahidlərin verdiyi məlumata görə, avtomobil tam sürətlə dayanan yük maşınına çırpılıb, sürücü yerindəcə ölüb. Ufa1.ru saytının verdiyi məlumata görə, kiçik leytenant Emil Kolmakov avqustun 5-dən 6-na keçən gecə nənəsinə məxsus VAZ-2112 markalı avtomobillə qəzaya düşüb.

2018-ci ilin oktyabr ayında polisə işə düzələn Kolmakov, bu ilin fevralından sahə müvəkkili vəzifəsində çalışırmış. Qeyd edilir ki, Kolmakov Hava-Dəniz Qüvvələrində xidmət edib, bir uşaq atasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.