Uşaqlarda qısa dilaltı yüyən – Çərtilməlidir, yoxsa?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Körpələrdə dilaltı yəhər adlanan kiçik bağın çərtilməsi əməliyyatı son zamanlar geniş yayılıb. Bir çox doğum evlərində belə körpənin süd əmməsinə mane olacaq bu bağın kəsilməsi təklif olunur.
Bir çox valideynlər isə buna qarşı gedərək, uşağı birtəhər qidalandırır və ya heç bir maneə törətmədiyini bildirirlər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, ABŞ General Hospitalının pediatrları bəyan edib ki, əksər körpələrdə süd əmmə və qidalanmanı qaydaya salmaq üçün dilaltı hissəni kəsməyə ehtiyac yoxdur. Dilaltı bağı anatomik qısa olan körpələrin anası mütəxəssis yanında bir iki məşğələ keçməsi kifayətdir.
Hər il dünyada 10-12% uşaq ankiloqlossiya - dil altı bağın bərk və qısa olması ilə doğulur. Bu da dilin hərəkətliliyinə mane olur, azaldır, ana döşünü, əmziyi sıx tutub qidalanmasına mane olur.
Belə olan halda uşaq cərrahı frenulektomiya - linqivial düyünün kəsilməsi əməliyyatını icra edir. Bu əməliyyat yüngül bir prosedurdur, narkozsuz olunur.
Son 10 ildə bu əməliyyatların sayı 10 dəfə artıb, halbuki yenidoğulmuşların sayında elə də ciddi dəyişiklik yoxdur. Sadəcə indi valideynlər dilaltı bu bağ haqqında daha məlumatlıdır, uşaq döşü tutmayan kimi bundan şübhələnib, dərhal cərraha müraciət edirlər.
Alimlər son tədqiqatlarında dil yəhəri kiçik doğulan 115 uşağı müşahidə ediblər. Onlar əməliyyatdan öncə anaları ilə birgə xüsusi korreksiya məşğələlərinə cəlb edilib. Məşğələlər 15 gün davam edib. Daha sonra pediatrlar uşağın süd yeməsini müqayisə edərək, 63% körpədə əməliyyat olmadan belə süd əmməsi düzəlmişdir və onlar əməliyyatdan imtina edilmişdir.
28% -də isə bağ çox qısa idi və üst dodağı içəridən damağa çəkirdi, onlarda əməliyyat icra olunub.
Bu metodla bir çox uşaqlar ağrılı prosedursuz davam edə biliblər.
Ona görə tədqiqat müəllifləri hesab edir ki, hər dilbağı qısa, bərk olan körpəni əməliyyat etməyə tələsmək olmaz, ilk əvvəl süd verməni korreksia etmək olar.
Azərbaycanda belə kurs və məşğələlər olmadığı üçün qısa dil yəhərinin cərrahi yolla aradan qaldırılmaqdan başqa yolu qalmır.
Pediatr Vaqif Qarayev bildirdi ki, hər südü yaxşı yeməyən uşağın dilindən şübhələnmək olmaz. Mütləq cərrah müayinəsi olmalıdır
"O ki qaldı, qısa dil yəhəri çərtilməlidir, yoxsa yox? Mütləq çərtilməlidir, lazımdır. Bu problem dilin hərəkətini məhdudlaşdırıb, gələcəkdə uşağın nitqində problem yarada bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ən güclü intuisiyaya malik bürclər
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
XƏBƏR LENTİ
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi





