Maraqlı

"Apollo 11" 50 il əvvəl Ayda nə axtarırdı? - TARİXİ FAKTLAR ÜZƏ ÇIXDI

12 İyul 2019 03:30
1 Şərh     Baxış: 2 539

ABŞ tərəfindən Aya ilk dəfə kosmonavt 50 il əvvəl göndərilib. Bu missiya həm ABŞ, həm də dünya tarixi üçün bir dönüş nöqtəsi olmuşdu. Əslində nələr olmuşdu?

Milli.Az ölkə.az-a istinadən bu barədə faktları oxucuları ilə bölüşür.

Soyuq Müharibə dövründə ABŞ ilə SSRİ arasında başlayan mübarizə 1957-ci ildə Sovet İttifaqının "Sputnik" peykini kosmosa göndərməsi ilə başqa mərhələyə qədəm qoydu. 1961-ci ildə Con Kennedi ABŞ prezidenti seçildi və bir çox amerikalı "kosmik yarış"da SSRİ-yə məğlub olduqlarını, rus texnologiyasının daha üstün olduğunu düşünürdü. 1961-ci ildə SSRİ kosmosa insan da göndərdi. Yuri Qaqarin kosmik aparatla Dünya ətrafında dövrə vurdu.

ABŞ isə bu rəqabətə qarşı Aya ilk insan göndərən dövlət olmaq üçün hərəkətə keçdi. 1962-ci ildə Kennedi "Biz Aya getməyi üstün tuturuq" dedi. Kosmik yarış davam edirdi və 1965-ci ildə SSRİ Aya ilk kosmik aparatını göndərdi. Ştatlar isə milyardlarla dolları "Apollo" proqramına xərcləyirdilər. NASA 25 milyard dollar xərcələyərək 400 min işçi ilə 17 "Apollo" üzərində işləyirdi. "Apollo 11" üçün üç nəfər: Bazz Aldrin, Nil Armstronq və Maykl Kollins seçildi. "Saturn 5" raketi də "Apollo"nu və Ay kapsulunu kosmosa apardı. Plana əsasən, dünyanın orbitindən istifadə edərək Ayın orbitinə çatmaq və Armstronqla Aldrin ay kapsuluna keçməli idilər. Kollins isə "Apollo"da qalmalı, digər iki kosmonavt Aya enməli idi. 1967-ci ildə "Apollo 1" artıq hazır idi. Amma uçuşdan əvvəl yoxlamalar zamanı yanğın baş verdi və üç kosmonavt öldü. Plan bir neçə ay müddətinə təxirə salındı.

"Apollo 11"də də yerdəki mərkəzlə aparat arasında əlaqə proqramı yarandı. Hətta kompüterlərdən kosmonavtların əvvəlcə eşitmədikləri bir siqnal səsi gəldi. Ay kapsulu isə əvvəlcədən təyin edilən hədəfdən çox uzaq bir nöqtəyə endi. Bunlara rəğmən, 20 iyul günü Dünyadan ayrıldıqdan 110 saat sonra Nil Armstronq Aya ayaq basan ilk insan oldu. 20 dəqiqə sonra Bazz Aldrin də  Aya ayaq basdı.

Armstronq televiziyada "Bu bir adam üçün kiçik, bəşəriyyət üçün isə çox böyük addımdır" dedi. Iki kosmonavt Ayda iki saat vaxt keçiriblər. Onlar müxtəlif nümunələr toplayıblar, foto çəkiblər və müəyyən sınaqlar həyata keçiriblər. Kəşf başa çatdıqdan sonra hər iki kosmonavt "Apollo 11"ə qayıdaraq dünyaya geri dönüblər. 24 iyul tarixində komanda Sakit Okeana enib.

Aya ilk ayaq basan insanları ümumi olaraq dünya üzrə 650 milyon izləyib. Beləcə, ABŞ SSRİ-yə qarşı yarışda yenidən lider mövqeyinə keçir.
Əslində nə olmuşdu?

1972-ci illərin sonunda ABŞ Aya altı dəfə insan göndərmişdi. Bunların saxta olduğu ilə bağlı hələ də iddialar səsləndirilir. NASA 2009-cu ildən bu yana Ayın orbitində kəşfiyyat təyyarəsi uçurdur. Bu təyyarədən göndərilən fotolarda Aydakı ayaq izləri, təkər izləri də görünür. Aydan gətirilən daşlar da bunu sübut edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Eldəniz · 12 İyul 07:2100

    Maraqlı mövzudur. əslində aya ilk ayaq basmaq hələ də mübahisə mövzusudur . Ayaq izləri və yaxud təkər izləri 50 ildən bəri itməyib hələ də qalıb .nəsə şübhəlidir .əgər məlumatlı olan varsa izah etsə yaxşı olardı . təşəkkürlər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.