Maraqlı

Porsche 911 RSR modelini yeniləyib - FOTO

11 İyul 2019 22:30
0 Şərh     Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üç il bundan öncə təqdim edilmiş Porsche 911 RSR yarış superkarının alman markasının "mülki" avtomobilləri heç bir əlaqəsi yoxdur. Bu avtomobil WEC çempionatının texniki reqlamentinə əsasən yaradılıb və onun əsas cəhəti mühərrikin ortada yerləşməsidir. Bu il modelə verilmiş üçillik omoloqasiya sertifikatının vaxtı başa çatır və növbəti üç il üçün alman istehsalçısı avtomobili ciddi şəkildə təkmilləşdirib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, quruluşunda prinsip dəyişiklikləri olmasa da, təkmilləşdirilmiş Porsche 9111 RSR modeli 95% yeni detallardan və komponentlərdən ibarətdir.Yenilənmiş avtomobil sələfindən yalnız işıq texnikasını, əyləcləri, mufta, pilot oturacağını və asqının bir sıra elementlərini irsən alıb. Qalan elementlər ciddi şəkildə yenidən işləniblər.

Birbaşa çiləməli 4,0-litrlik altısilindrli oppozit mühərrikinin əsasında yaradılmış aqreqatın iş həcmi 4,2 litrə qədər artıqılıb. Bu aqreqat zavod istehsalı olan 911 modellərinə qoyulan ən iri həcmli mühərrikdir. O, 515 at qüvvəsi hasil etsə də, son nəticə quraşdırılmış restriktordan asılıdır. Altıpilləli sekvantal qutu yüngülləşdirilmiş və onun sürəti artırılmışdır.

Buraxılış sisteminin çıxış boruları əvvəlki kimi arxada deyil, arxa təkər tağlarının önündə quraşdırılıb. Bu yenilik arxa diffuzoru böyütməyə və daha effektiv etməyə imkan verib. Məlum məsələdir ki, bu dəyişiklik yerəbasma gücünün artmasına rəvac verib. Avtomobil kokpiti də pilotların arzu və istəkləri nəzərə alınaraq yenilənib. Avtomobilin passiv təhlükəsizliyi yaxşılaşdırılmış, pilotun qəzaya düşmüş avtomobildən yeyin təxliyyəsi üçün damda qəza lyuku quraşdırılmışdır.

Yenilənmiş Porsche 911 RSR modelinin omoloqasiyası artıq qüvvəyə minib və avtomobilin ilk döyüş debütü 1 sentyabrda Silverstounda baş tutacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.