Maraqlı

ABT atelyesi 710 at qüvvəli Lamborghini Urus modelini təklif edir - FOTO

20 İyun 2019 21:30
0 Şərh     Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lamborghini Urus krossoveri hal-hazırda 640 at qüvvəsi hasil edən 4,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Krossover güclü mühərrikə malik olsa da, sürət baxımından eyni platformanı paylaşdığı 635 at qüvvəli Bentley Bentayga Speed modelindən geridə qalır. Bu çatışmamazlığı aradan qaldırmaq üçün isə Urus Performante modelinin dünyaya gəlməsini gözləmək gərəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, dakin, elə bu gün Lamborghini Urus krossoverinin ən güclü variantına sahib ola bilərsiniz. Necə? Çox asan. Baxışlarınızı ABT Sportsline atelyesinə tərəf yönəldin. Alman tüninq ustaları Urus modelinin gücünü ciddi şəkildə artıracaq ABT Engine blokunu təklif edirlər.

Yeni blokun tətbiqi sayəsində Lamborghini Urus modelinin mühərrikinin gücü 710 at qüvvəsinə, fırlanma anı isə 910 Nm-ə qədər artıb. İtalyan krossoveri Jeep Grand Cherokee Trackhawk modelinən 7 at qüvvəsi zəif olsa da, fırlanma anında onu 35 Nm üstələyir. ABT mütəxəssislərinin əlindən çıxmış Urus 100 km/saat hədinə 3,5 saniyəyə sürətlənir.

Əgər tüninq ürəyinizcə deyilsə, o zaman hövsələ edib Lamborghini Urus Performante modelini və ya daha ekstremal versiya olacaq Urus ST-X versiyasını gözləməniz gərəkdir. Artıq hər iki versiya üzərindəki işlər sürətlə davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.