Maraqlı

“Xiaomi” virtual reallıq dəbilqəsinə bənzəyən portativ ev kinoteatrı hazırladı

11 İyun 2019 08:11
0 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xiaomi" virtual reallıq dəbilqəsinə daha çox bənzəyən portativ ev kinoteatrı hazırlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Xiaomi Mi 3D Cinema Headset" adlanan model Çində alıcılara 188 dollara başa gələcək. O, "Windows" və "Mac OS" ilə çalışan bütün müasir smartfon və kompüterlərlə işləyir.

Komplektdə 1080 pikselli 2,54 düyümlü iki ədəd ekran var. Ekranların özləri bir-birindən asılı olmayaraq işləyə bilərlər.

Ekranların baxış bucağı 63 dərəcə təşkil edir,

Komplekt tam üçölçülü vizual effektləri dəstəkləyir. Aparat 2 gb operativ yaddaş və 16 gb öz yaddaşına malikdir, inteqrasiya edilmiş akkumulyator isə 3 saata qədər avtonom işləməni təmin edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.