Maraqlı

Azərbaycanlı pianoçu traktorun üstündə konsert verdi - FOTO

22 May 2019 19:54
0 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı pianoçu Tofiq Şıxıyev Türkiyənin Çorum bölgəsində konsert proqramı ilə çıxış edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tədbir Mustafa Kamal Atatürkün işğalçılara qarşı milli mücadiləni başlatmaq üçün Samsuna səfərinin 100 illiyi münasibətilə təşkil olunub.

Şıxıyev 300 illik tarixi dəyirmanın önündə baş tutan konsertə traktor qoşqusunun üstündə gəlib və pianoda konsert verib. Pianoçunun konserti maraqla qarşılanıb.

Qeyd edək ki, Tofiq Şıxıyev Nazim Əliverdibəyov adına ifaçıların V Musiqi Müsabiqəsində II yerə, Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq İfaçılıq Müsabiqəsində "Qran-Pri" mükafatına, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunmuş "Rodniki duşi" musiqi müsabiqəsində I yerə layiq görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.