Maraqlı

Çində 5G şəbəkəsi işə salınıb

25 Aprel 2019 08:15
1 Şərh     Baxış: 575

Çinin yeddi şəhərində (Pekin, Şanxay, Quançjou, Şençjen, Nankin, Xançjou və Syunan iqtisadi zonası) sınaq "7 33 n" beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) istifadəyə verilib. Bundan əlavə, 33 şəhərdə "qaynar nöqtə"lərin yaradılması və daha bir neçə şəhərdə sifariş edilmiş "5G" şəbəkəsinin işə salınması planlaşdırılır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, " Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, şəbəkənin istifadəyə verilməsini "China Unicom" korporasiyasının sədri Van Syaoçu "5G" innovasiyalarının inkişafı üzrə Şanxayda keçirilən konfransda açıqlayıb.

Sınaq "5G" tezliklərindən istifadə üçün lisenziyalara Çinin 3 əsas mobil rabitə operatoru (China Telecom, China Mobile və China Unicom) malikdir.

Qeyd edək ki, "5G" şəbəkəsində məlumatların ötürülmə sürəti saniyədə 10 giqabiti ötür. Bu, "4G" şəbəkəsi ilə müqayisədə 30 dəfə çoxdur.

Milli.Az

Şərh yaz:

1 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.