Maraqlı

OnePlus 7 Pro-nun texniki göstəriciləri bilindi

19 Aprel 2019 23:10
0 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur hindistanlı insayder Ishan Agarwal OnePlus 7 flaqman smartfonunun Pro modelinin texniki göstəriciləri barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən OnePlus 7 Pro modeli QHD+ keyfiyyətli 6.64 düym AMOLED ekran, 30 vatt gücündə enerji qəbul etməyə qadir Warp Charge adlı sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya və 3.1 versiyalı USB-C girişi ilə təchiz olunacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, smartfon həmçinin stereo səsgücləndiricilərə və üçlü arxa kameraya sahib olacaq. Güman olunur ki, əsas kamera modulu 48 MP-lik, ikinci kamera genişformatlı modul, üçüncü kamera isə teleobyektiv modulu olacaq. İnsayder smartfonun hansı prosessora sahib olacağı barəsində məlumat verməyib. Lakin çox güman ki, söhbət, Snapdragon 855 prosessorundan gedir. OnePlus 7-nin OnePlus 7 Pro ilə birlikdə 14 may tarixində təqdim olunacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.