Maraqlı

Ən yaxşı ağardıcı maskalar. 3 RESEPT

31 Mart 2019 22:05
0 Şərh     Baxış: 11 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ev şəraitində çox effektli ağardıcı maskaları hazırlamaq olar.

Milli.Az evdarliq.az-a istinadən bildirir ki, bu maskalar dərinin rəngini yaxşılaşdırır, "açır", piqment ləkələri və çilləri daha görünməz edir, yüngül pilling effekti verir.

Maskaların reseptlərini sizə təqdim edirik.

1. Limon maskası

1/2 limon (qabıqlı) blenderdə əzilir, 1 x.q. üyüdülmüş düyü əlavə olunur, qarışdırılır. Maska üz və boyun dərisinə çəkilir, 20 dəqiqədən sonra ilıq su ilə yuyulur, nəmləndirici krem çəkilir.

2. Çiyələk maskası

6-7 iri çiyələk blenderdə əzilir, üz və boyun dərisinə çəkilir. Maskanı 15 dəqiqə ərzində saxlayın, sonra ilıq su ilə yuyun, nəmləndirici krem çəkin.  

3. Qatıq maskası

2 x.q. qatıq 1 ç.q. narın duzla qarışdırılır, üz və boyun dərisinə çəkilir, yüngül massaj edilir. Maskanı 15 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.