Maraqlı

Qatlana bilən kamera EVO təqdim edildi - VİDEO

16 Mart 2019 08:35
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ qatlana bilən smartfonlar bazarda özlərinə yer edə bilmədən qatlana bilən kameralar təqdim olunmağa başladı.

Milli.Az chip.az-a istinadən bildirir ki, Insta360 tərəfindən təqdim edilən EVO, 180 dərəcə 3D kameraya və cihazı qatlayaraq istifadə edə biləcəyiniz 360 dərəcəlik bir kamera ilə təchiz olunub. Həmçinin təqdimat zamanı şirkət tərəfindən smartfonlardan eynəksiz 3D görüntüləri izləməyə imkan yaradan HoloFrame-i də təqdim etdim.

EVO qatlanmamış vəziyyətində yan-yana duran 2 linzası ilə 5,7 K keyfiyyətli, 18 MP 180 dərəcə 3D video və 18 MP 180 dərəcə 3D fotoşəkillər lentə ala bilir.

Qatlanan zaman isə bu iki linza arxa-arxaya gəlir ki, bu zaman 3D şəkillər əldə edə bilməzsiniz. Ancaq bu vəziyyətdə 360 dərəcəli bir şəkil çəkmək mümkündür.

Şirkətdən verilən məlumatlara görə, bu kamera həmçinin virtual reallıq eynəklərlə uyğunlaşacaq. Şirkət virtual reallıq eynəklərlə vaxt itirmək istifadəçilər üçün HoloFrame-i alternativ olaraq təqdim edir.

Qatlana bilən kamera EVO, bu gündən etibarən Insta360-ın saytında 420 dollara satışa qoyulub. HoloFrame-nin satış qiyməti isə 30 dollardır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qatlana bilən kamera EVO təqdim edildi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.