Maraqlı

Hakerlər sosial şəbəkələrdə istifadəçilərə 3,25 milyard dollar ziyan vurur

2 Mart 2019 17:19
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kibercinayətkarların sosial şəbəkələrdə fırıldaqçı sxemlər üzrə illik gəliri 3,25 milyard dollar təşkil edir.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə zərərli təhlükələrdən mühafizə texnologiyalarının yaradılmasında ixtisaslaşan "Bromium" şirkətinin hesabatında deyilir.

Bildirilib ki, fırıldaqçılar tərəfindən böyük səy göstərmədən dünyada milyonlarla istifadəçini əhatə etmək və yoluxdurmaq məqsədilə virusların yayılması üçün "Facebook", "YouTube", "Twitter" və digər servislərdən istifadə olunur:

"Sosial şəbəkələr kibercinayətkarlığı dəstəkləyir. Onlar kiberfırıldaqçılar tərəfindən təşkilat və fiziki şəxslərə hücumlar, eləcə də müxtəlif qanunsuz məhsul, xidmət və biliklərin satışı üçün istifadə edilir".

Ekspertlərin qiymətləndirməsinə görə, sosial şəbəkələrdə yoluxmaların təxminən 40 faizi zərərli reklam, 30 faizi isə plagin və virus proqramlarına görə baş verir. 

"Bromium" mütəxəssislərinin sözlərinə görə, sosial şəbəkələr "qlobal zərərli proqramların yayılması mərkəzi"nə çevrilib. Belə ki, təşkilatların beşdəbir hissəsi məhz bu platformalar vasitəsilə yoluxur.

Qeyd edək ki, 2015-2017-ci illərdə təkcə ABŞ-da sosial şəbəkələrdə kibercinayətkarlıq 300 faizdən çox artıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.