Maraqlı

Madrid separatçılara qarşı mitinq keçirdi - FOTO

11 Fevral 2019 19:04
0 Şərh     Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın paytaxtı Madriddə ölkənin ərazi bütövlüyünün qorunması tələbi ilə on minlərlə vətəndaşın qatıldığı mitinq keçirilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Vahid İspaniya uğrunda, seçkilər indi keçirlsin!" şüarının daha çox səsləndiyi mitinqin təşkilatçıları müxalifətdəki Xalq, mərkəzçi Vətəndaşlar və sağçı VOX partiyaları idi.

Kolumb meydanındakı aksiyaya İspaniyanın müxtəlif yerlərindən gəlmiş insanlar da qatılıblar.

45 min nəfərlik aksiyanın iştirakçıları arasında Nobel ədəbiyyat mükafatı laueratı Mario Varqas Lyosa, Barselona meri postuna sabiq namizəd Manuel Vals və Fransanın sabiq baş naziri də vardı.

Mitinqə toplaşanlar sosialist baş nazir Pedro Sançesdən Kataloniya hökuməti ilə aparılan danışıqların dərhal dayandırılmasını tələb ediblər.

VOX-un lideri Santyaqo Abaskal deyib: "İspaniyanın suverenitetini separatçılarla müzakirə etmək olmaz. Kataloniya muxtariyyət statusundan məhrum edilməlidir".

Vətəndaşlar Partiyasının sədri Albert Rivera isə bildirib ki, rəsmi Madrid dövlət büdcəsini separatçılarla, həbsxanada müzakirə edir.

İspaniya hökuməti yeni dövlət büdcəsinin müzakirəsi ilə bağlı deputatlar Konqresində çətinliklərlə üzləşib. Katalon millətçilər büdcənin lehinə səs vermirlər. Katalon millətçilərin partiyası "Pademos"un lideri Pablo İqlesias büdcəni müzakirə etmək üçün həbsxanaya, "Kataloniyanın Sol Respublikaçıları" Partiyasının lideri Oriol Junkerasın yanına yollanmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Madrid separatçılara qarşı mitinq keçirdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.