Maraqlı

Cinsiyyətini dəyişdirən şəxs qadın kimi uşağa süd verdi

10 Fevral 2019 18:21
0 Şərh     Baxış: 1 820

Ana südü insan orqanizminin formalaşması üçün olduqca faydalıdır. Tibb günbəgün inkişaf etdiyinə görə hər gün yeni xəbər eşidib heyrətlənirik. Məsələn amerikalı transgender qadın yeni doğulmuş körpəsinə süd verib.

Milli.Az Publika-ya istinadən xəbər verir ki, bu qadın öncə kişi olub. 2011-ci ildən etibarən isə hormonal dərmanlar qəbul edərək, cinsiyyətini dəyişdirməyə meyl edib. İllər sonra tanış olduğu hamilə rəfiqəsi doğulacaq övladına süd verməkdən imtina etdiyini bildirib. O, isə bu müqəddəs vəzifəni öz üzərinə götürmək istədiyini bildirərək, həkimlərlə məsləhətləşib. Məlum olub ki, öncə kişi bədəni olmuş orqanizmdə hormonal dərmanlar qəbul etdikdən sonra laktasiya prosesi sürətlənə bilər.

Xatırladaq ki, Amerikada dünyaya göz açan körpə transgender ananın südü ilə böyüyən ilk insan kimi tarixə düşüb. Həkimlər bildiriblər ki, qadın həddən artıq narahatlıq və yuxusuzluq problemi yaşasa da, çox xoşbəxtdir.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.