Maraqlı

Bakıda qəhvə və çay festivalı keçirilir - FOTO

12 Yanvar 2019 15:27
8 Şərh     Baxış: 675

Yanvarın 11-dən paytaxtın ən qədim bazar ərazisində ("Passaj 1901" kompleksində) ilin çoxdan gözlənilən ən böyük tədbiri - Bakı qəhvə və çay festivalı ("Baku Coffee & Tea Festival") keçirilir.

Mill.Az-ın Trend-ə istinadən məlumatına görə, festival Beynəlxalq Qəhvə Birliyi (Specialty Coffee Association) və Dünya Qəhvə Təşkilatının (World Coffee Events) dəstəyi ilə reallaşıb.

Sərgidə həm yerli, həm də xarici qəhvə və çay şirkətləri iştirak edir. Azərbaycanda artıq ikinci dəfə təşkil olunan tədbirə Türkiyə və Kolumbiyanın ölkəmizdəki səfirlikləri də qatılıb.

Bu üç günlük festival ərzində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcək. Belə ki, festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə barista üzrə milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında Bosniyada keçiriləcək Dünya Barista Çempionatında ("World Barista Championship") təmsil edəcək. Bununla da ilk dəfə olacaq Azərbaycan öz baristası ilə dünya arenasına çıxacaq.

Üç gün davam edəcək festivala səhər 11.00-dan axşam 19.00-dək Bakı sakinləri və qonaqların girişi tam sərbəstdir. Bütün çay və qəhvə məhsulları festival iştirakçıları üçün ödənişsizdir.

Festivalda ziyarətçilərə türk qəhvəsi, səhləbi və şirniyyatları təqdim olunub.

Həmçinin festival çərçivəsində qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və ustad dərsləri, qonaqlar üçün "brew bar", istirahət zonası, uşaq əyləncə məkanı və sair əyləncələr təşkil ediləcək.

Yanvarın 13-də yekunlaşacaq qəhvə və çay festivalına giriş sərbəstdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Papatya · 12 Yanvar 15:3130

    Baci??? Hardasan belke gedek? Qehveseverler olaraq)

    Cavab yaz
    • Anonim
      ♥️Ebru♥️ · 12 Yanvar 18:3830

      Salam Papatiya axsamin xeyir baci necesen?Belke mende qosulum size mende xoslayiram onsuz bir gunum olmasin:)))Esranur xanimsa heqiqeten yoxdu yeri gorunur mende cox darixiram onsuz buralarin bir gunu olmasin ❤️Yeqin basi qarisib helede yeqinki qonaqlar getmeyib belke bir aksiya kecirek belke bize yaziqi gele yaza?:)))

      Cavab yaz
      • Anonim
        Papatya · 12 Yanvar 19:0530

        Caaan salam Ebrum. Salamatliqdi baci. Elbette hazirlaş gedek sabah)) hee heftesonlari umumiyyetle saytda bir sakitlik hokm surur) adamin maraği olmur .yeqin 1ci gun qoşular. Opurem canim seni.(*****)

        Cavab yaz
        • Anonim
          ♥️Ebru♥️ · 12 Yanvar 19:1630

          Teki hemise yaxsi ol baci .He bu hefte sonunan hec xosum gelmir:))InsaAllah yazar mende gozleyirem serhin.Cox saq ol mende senide melek balanida opurem Allah qorusun onu ❤️

          Cavab yaz
    • Anonim
      asi · 12 Yanvar 19:1930

      Axşamınız xeyir, Papatya və Ebru, necəsiniz?? Dünən fotoya girməmişdim, bu gün gördüm, çox sağ olun, təşəkkür edirəm hər ikinizə də).. Festivala getmişkən Çayxoru da çağırın, o gün onun bayramı idi, xəbəri olmamışdı, qoy festivalında iştirak etsin..Birdə əgər mümkünsə, mənə də çay alın))..

      Cavab yaz
      • Anonim
        ♥️Ebru♥️ · 12 Yanvar 20:1620

        Axsamin Asi cox saq ol sen necesen?gul balalarin necediler?Balaca nece kecirdi ad gunun?Usaqlar ad gunun basqa cur kecirir yeni oz ahatesinde bizde qiz boyuk hemise baxcada qurup yoldaslariyla daha maraqli kecirir:))Nece bele gozel yaslar kecisin boyuk oqlan olsun.Cayxor xanimida aparariq elbetde gelmek isteyirse esil onun bayramidi:))Menim mamamda yaman cay icendi dehset:))Sende cay xoslayirsan ay baji hansi caydan alaq??Yoxsa ursetin cayi yaxsidi?:))

        Cavab yaz
      • Anonim
        Papatya · 12 Yanvar 20:4320

        Axsamin xeyir. Hee elbette ne qeder cox olariqsa bir o qeder maraqli olar) Çay meselesin de olmuş bil. Lokum da var bax. Sondan ikinci. xoşlayirsan?

        Cavab yaz
  • Anonim
    asi · 12 Yanvar 19:1640

    Soruşmaq eyib olmasın Azərbaycanın harasında qəhvə yetişir ki, yerli qəhvə şirkəti də ola?? ). Azərbaycanda yerli başqa " şirkətlər" formalaşır, bəlkə onlar nəzərdə tutulub))..??

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.