Maraqlı

Bizi qlobal içməli su qıtlığı GÖZLƏYİR - FOTO

14 Dekabr 2018 09:05
0 Şərh     Baxış: 2 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Sidney şəhərindəki Yeni Cənubi Uels Universitetinin (University of New South Wales) alimlərinin fikrincə, qlobal istiləşmə uzunmüddətli quraqlıq və içməli su çatışmazlığı ilə sonuclanacaq.

Milli.Az phys.org-a istinadən bildirir ki, alimlər 160 ölkədəki 43 min metereoloji stansiya və 5300 çay mənsəbinin monitorinqi sahələrindən alınmış nəticələri təhlil ediblər. Məlum olub ki, qlobal iqlim dəyişiklikləri tez-tez ekstremal yağıntılara səbəb olsa da, iri çaylarda suyun səviyyəsi sürəkli aşağı düşür. Bu isə quraqlıqlara səbəb ola bilər.

Mütəxəssislər bu paradoksu torpaqların quruması ilə izah edirlər. Torpaqların çox nəmlənməsi izafi suyun (yağıntıların ümumi miqdarının 36 faizi) çaylara axıb getməsinə rəvac verir. Lakin quru torpaq daha çox yağış suyu udur və çaylara axıntıları azaldır. Havanın temreraturunun artması nəticəsində torpaq nəmini itirir və bu, bütün dünyada su təchizatına problemlər yaradır.

Eyni zamanda, yağıntıların izafi olması yaşayış məntəqələrində sellərə və daşqınlar yaratdığından içməli su ehtiyatı toplamağa mane olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.