Maraqlı

200-dən çox əməliyyat olunan qadının son istəyi həkimləri ŞOKA SALDI - FOTO

10 Dekabr 2018 20:36
8 Şərh     Baxış: 12 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçirdiyi saysız-hesabsız estetik əməliyyatlarla adından söz etdirən Piksi Foks son istəyi ilə həkimləri şoka salıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cizgi filmi qəhrəmanına bənzəmək üçün 200 dəfə bıçaq altına yatan Piksinin son istəyinə həkimlər "Yox" deyib.

Məlumata görə, Piksi həkimlərin də iştirak etdiyi proqrama qatılıb və baş dərisini yeniləmək, saçlarını tamamilə dəyişmək istədiyini bildirib. Bunu eşidən həkimlər təəccüblənib və bunun mümkün olmadığını söyləyiblər.

Son olaraq çənəsini kiçildən Foks bundan əvvəl belini incəltmək üçün qabırğalarını çıxartdırıb, göz rəngini dəyişdirib. Bundan başqa o, sinəsini, ombasını böyüdüb, burnunu kəsdirib, dodaqlarına dolğu vurdurub və bədənində digər dəyişiklik etmək üçün dəfələrlə əməliyyata girib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.