Maraqlı

Messi 15 milyon dollara təyyarə aldı - FOTO

9 Dekabr 2018 15:05
1 Şərh     Baxış: 2 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçusu Lionel Messi şəxsi təyyarə alıb.

Milli.Az bildirir ki, "Qafqazinfo" "AS" qəzetinə istinadən xəbər verir ki, bu barədə Argentinanın "Doble Amarilla" saytı məlumat yayıb.

Məlumata görə, argentinalı futbolçu "2004 Gulfstream V" təyyarəsi üçün 15 milyon dollar ödəyib. 16 oturacaqlı lüks təyyarədə 2 hamam otağı və 2 mətbəx mövcuddur.

Messi təyyarənin quyruq hissəsində forma nömrəsi olan 10 rəqəmini yazdırıb. Bundan başqa, təyyarənin pilləkənlərinə isə ailə üzvlərinin adlarını (Leo, Antonella, Tyaqo, Ciro və Mateo) həkk etdirib.

Ulduz futbolçunun bu təyyarəni daha çox Argentina və İspaniya arasındakı uçuşlarda istifadə edəcəyi bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.