Maraqlı

Skoda-dan yeni idman krossoveri - FOTO

5 Yanvar 2019 23:01
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Skoda şirkəti idman krossoveri Kodiaq RS-in təqdimatını keçirib. Dünyada ən sürətli 7-yerli yolsuzluq avtomobili kimi təqdim edilən (bunun üçün Skoda Nyurburqrinqdə test keçirib) Kodiaq RS 2-litrlik, iki turbo yükləyicisi olan dizel mühərrik alıb.

Milli.Az auto.a-a istinadən bildirir ki, bu mühərrik 235 a.g. və 500 Nm fırlanma anına malikdir. Krossover yerindən 100 km/saata 7 saniyəyə sürətlənir, maksimal sürət isə 220 km/saatdır. Mühərrik iki muftalı, tam ötürücülü, 7-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Kodiaq RS xüsusi adaptiv asılqana malikdir ki, bu, ona hərəkət rejimlərini (Eco, Comfort, Normal, Sport, Individual və Snow) seçərkən yayları və amortizatorları tənzimləmək imkanı verir. Bundan əlavə, krossover xüsusi olaraq hazırlanmış sükan idarəetmə sistemi də alıb. Bu sistem sürətdən asılı olaraq sükan müqavimətinin əmsalını avtomatik dəyişir.

İdman krossoveri Kodiaq 20-düymlük disklər, yeni qırmızı RS loqotipləri, dam diodlu faralar, virtual cihazlar paneli, alkantaradan hazırlanmış oturacaqlarla seçilir. O, beş və ya yeddi yerli oturacaqlarla təklif ediləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.