Maraqlı

Qan hopmüş əsərlərin sərgisi - Qaniçən və savadlı hökmdar - FOTO

8 Noyabr 2018 10:22
0 Şərh     Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur və nüfuzlu muzeylərindən olan Britaniya Muzeyində (British Museum) Assariya çarı Aşşurbanipala həsr olunmuş sərgi açılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sərgidə 200-dən artıq unikal artefakt var.

Eramızdan əvvəl 669-627-ci illərdə Assuriya imperiyasını idarə etmiş Aşşurbanipal dünyada ilk kitabxananın banisi kimi tarixdə qalıb.

Sərginin kuratoru Qaret Brereton isə deyir ki, Aşşurbanipal mütailəni çox sevən, savadlı, intellektual, amma psixikası pozuq insan, psixopatik və çoxsaylı psixi komplekslərə malik insan olub.

Həddən artıq qaniçən və zalım, eyni zamanda fitri istedada malik siyasətçi, strateq və taktiki...

Çap Asarhaddonun oğlu, qüdrətli Assuriya imperiyasının son çarı.

Siyasi məqsədlərinə çatmaq üçün istənilən vasitədən yararlanan, edamları sevən Aşşurbanipal çox qəddar, düşmənlərini və rəqiblərini məğlub etməklə yanaşı, onları alçaltmaqdan xüsusi həzz alırdı.

Bununla yanaşı, o, şumer və akkad dillərində yazıb-oxumağı bilən yeganə Assuriya hökmdarı idi.

Arfa və tütəklərlə ifa olunan serenadalar, qızardılmış siçan və çəyirtkə kimi assuriyalıların delikates saydıqları təamlarla dolu süfrələr, bağda ziyafət və eyni zamanda elə həmin bağın ağaclarından birindən asılan, qanı quruyan, milçəklərin ətrafında vızıldadığı kəsik baş. O baş Assukriyanın qonşuluğundakı Elamın hökmdarı Urtakinin kəlləsi idi...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.