Maraqlı

Mobil telefonlar xərçəng xəstəliyi yarada bilərmi?

8 Noyabr 2018 08:35
0 Şərh     Baxış: 1 144

ABŞ-da təxminən 20 il davam edən və elektronikadan şüalanmanın canlı varlıqlara təsirinin öyrənilməsinə həsr edilmiş "Toksikologiya üzrə milli proqram" adlı geniş araşdırma başa çatıb. Araşdırmanın nəticələri məyusedicidir, amma bir az da ürəkaçandır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır ki, hamını maraqlandıran əsas sual odur ki, telefon şüalanmasının təsiri onkoloji xəstəlik yarada bilərmi? Mütəxəssislər 20 illik araşdırmadan sonra cavab veriblər: bəli, yarada bilər, ancaq son dərəcə spesifik hallarda. Siçan və siçovullar üzərində aparılmış əksər sınaqlar zamanı onlar 2-3 il ardıcıl olaraq gün ərzində 9 saat şüalanmanın təsirinə məruz qalıb, bundan sonra onların 5-7 %-də təhlükəli nevrilemma, sinir sistemi şişləri, 2-3 %-də isə qlioma, beyində ölümcül şişlər aşkar edilib. Bu, nəzarət qruplarında dəfələrlə yoxlanılıb - məhz telefonun şüalanması siçanlarda xərçəng xəstəliyi yaradıb.
 
Beləliklə, mobil telefonlar potensial olaraq təhlükəlidir, amma çoxlu təkzib də mövcuddur. Birincisi, texnologiyalar sürətlə inkişaf edir və indi siqnallar başqa tezliklərdə ötürülür. İkincisi, smartfonu cibdə daşımaq və zənglərə cavab vermək gün ərzində 9 saat şüalanmanın təsirinə məruz qalmaq demək deyil. Üçüncüsü, siçan və insanlar müxtəlif fiziologiyaya malikdirlər və bu çox vacibdir.
 
Belə nəticəyə gəlmək olar ki, cihazlar təyinatı üzrə istifadə edildikdə,  demək olar, təhlükəsizdir.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.