Əgər Günəş sönərsə, bizi nə gözləyir? - ARAŞDIRMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Günəşi barmağımızın hərəkəti ilə söndürə bilmərik. Onun birdən-birə yox olması da mümkün deyil. Amma buna baxmayaraq, alimlər Günəş sönərsə Yer və onun sakinlərinin başına nə gələ biləcəyini dəqiq hesablayıblar.
8 dəqiqə 20 saniyə
İlk növbədə Beynəlxalq Kosmik Stansiyadakı kosmonovtları başa düşəcəklər Günəşdə nəsə baş verib. Amma onlar da bunu hadisə baş verəndən 8 dəqiqə 20 saniyə sonra biləcəklər. Məhz bu zaman müddətində Günəş şüası Yerə gəlib çatır.
Milli.Az faktxeber.com-a istinadən bildirir ki, Günəş sönərsə ilk öncə bütün planet qaranlığa qərq olar. Və insanlar Ayı görə bilməyəcəklər. Çünki Yerin təbii peyki özü işıq istehsal etmir, Günəş şüasını əks etdirir. Yəni biz həm Ayı, həmçinin digər kosmik obyektləri görə bilməyəcəyik.
Planetin temperaturu
Bundan sonra Yerdə soyuma başlayacaq. Adi halda bu, gecə vaxtları müşahidə edilir.
Hesablanıb ki, bir həftəyə yerdəki temperatur -20°С-yə düşəcək. Bir ilə isə bu rəqəm -73°С olacaq. Lap sonda temperatir -240°С-yə qədər enəcək və bu səviyyədə qalacaq.
Yerdə həyat
İlk olaraq bitkilər zərbə alacaq. Onlar fotosintezsiz, eyni zamanda Günəş şüaları olmadan yaşaya bilməzlər. Bütün kiçik bitkilər bir neçə həftəyə məhv olacaq. Amma böyük ağacal bir neçə ilə kimi yaşaya biləcəklər. Bu, bitkilərin fotosintez prosesində istehsal etdiyi böyük qlükoza ehtiyatı, eyni zamanda maddələr mübadiləsinin yavaş getməsi nəticəsində baş verəcək.
Qida zəncirinin pozulması nəticəsində vəhşi heyvanların sonu gələcək. Onlardan ən sonuncu leşyeyənlər öləcək.
İnsanlar temperaturun uzun müddət qalması səbəbindən dünya okeanının dərinliklərində və ya yerin altında uzun müddət yaşaya biləcəklər. Çünki Yerin nüvəsi qaynar olur. Ola bilsin ki, insanlar bu şəraitdə bitki və heyvan saxlaya, enerjini isə nüvə reaktorlarından və termal mənbələrdən əldə edə bilsinlər.
Əgər insan oğlu yaşaya bilməsə belə, müxtəlif mikroorqanizmlər ən çətin şəraitdə belə, mövcudluqlarını qoruyacaqlar. Buna görə Yerdə həyat formal da olsa davam edəcək.
Qravitasiya
Əgər Günəş yoxa çıxarsa, Yeri və eləcə də digər planetləri öz orbitində saxlamaq mümkün olmayacaq. Nəticədə onların hamısı Günəş sistemindən çıxacaq və özündən daha böyük planetin cazibə qüvvəsinin təsirinə düşənə kimi sərbəst hərəkət edəcəklər. Ya da ola bilsin başqa bir kosmik obyektlə toqquşsun, ya onu məhv eləsin, ya da özünü.
Əslində Günəşdə nə baş verəcək
Yuxarıda da dediyimiz kimi, Günəş adi formada yox ola və ya qəfildən sönə bilməz. Bizim ulduzun parlaqlığı yandırdığı hidrogenə görə hər 110 milyon ildə 1% artır. Alimlər hesab edir ki, 4-5 milyard il sonra Günəş böyüyəcək və Yeri çox güclü şəkildə qızdıracaq. Bundan sonra Günəşin parlaqlığı daha da artacaq və indikindən 121% çox olacaq. Sonra o, qırmızı qiqant mərhələsinə keçəcək.
Əgər o zamana kimi insanlar yaşaya bilsələr, onda onların qarşısına daha başqa problemlər çıxacaq.
Qeyd edək ki, Qurnai-Kərimin "Qiyamət" surəsinin 8-9-cu ayəsində belə deyilir: "Ayın nurunun sönəcəyi; Və günəşlə ayın (nurun yox olmasında, yaxud yerə və ya kainata yaxınlıqda) birləşəcəyi zaman."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əməkdar artist xanımı ilə efirdə DUET OXUDU - VİDEO
-
"O mahnını oxuyub sənətdən gedəcəkdim, dünya ulduzuna ÇEVRİLDİM"
-
"Ayılanda ayaq barmağımdan başıma qədər göynəyirdi, halım DƏYİŞDİ”
-
Reanimasiyaya yerləşdirilən Haluk Leventdən xəbər var - FOTO
-
Xərçəngə qalib gəldi - Belə QEYD ETDİ - VİDEO
-
"Ərimdən çox qazanıram, amma ondan PUL ALIRAM"
XƏBƏR LENTİ
-
"Real Madrid" Arda barədə QƏRARINI VERDİ
-
"Məni küftə-bozbaş verdiyiniz toya çağırmayın" - Vüqar
-
“Mingəçevir” pley-off-da
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
İlk dəfə “Qarabağ”ın heyətində meydana çıxacaqlar
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"
-
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
-
Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
BƏƏ Prezidenti İlham Əliyevi təbrik edib
-
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
-
Sərvəti 1 milyardı keçdi
-
Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab
-
Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
-
Yazıçı Anar: "Lalə Məmmədova kimdir?"
-
Mehdiabadda qazın verilişi DAYANDIRILACAQ - YENİLƏNİB
-
Sabiq partiya sədrinə hökm oxundu
-
Rayonlara yağış yağır, Göyçaya dolu düşüb
-
Həsən Əliyev küçəsində minib-düşmə yeri yaradılıb - FOTO





