Paltaryuyan maşınlarımız günahkardırmı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bilirdinizmi ki, hər dəfə paltar yuyan zaman dünyanın plastik problemini bir az daha artırmış olursunuz?
Geyimlərinizin yarlıqlarına bir nəzər salın. Araşdırmalara görə, əgər paltarlarınızın tərkibində süni yolla əldə edilmiş liflər varsa, onları yumaqla dünyanın dənizlərini təhlükə altında qoymuş olursunuz.
Lakin zərəri azaltmağın bəzi yolları var. Bunların bəzilərini təqdim edirik.
Problem nədədir?
Poliefir yun hər yumada 1 milyon lif buraxa bilər
Paltarları yuyan zaman sintetik geyimlər suya xırda tellər buraxırlar ki, bu da bir yuma üçün 700 min lif deməkdir.
Uzunluğu bir millimetrdən də az olan həmin mikroliflər təbii ki, su yolları vasitəsilə dənizlərə axır.
Parçalar arasında ən pisi isə poliefir, akril və neylondur.
Bir poliefir yunlu jaket hər yumada 1 milyon lif buraxa bilər, bir araşdırmada belə deyilir. Bir cüt poliefir corab isə 136 min...
Manchester Universitetinin alimləri bu liflərin Birləşmiş Krallıq (BK) boyunca çay yataqlarını çirkləndirdiyini aşkarlayıblar.
Bu həftə millət vəkillərinin də vurğuladığı araşdırmada göstərilir ki, balıq və digər su canlıları həmin lifləri yeməli olurlar və beləliklə, həmin liflər qidalarımızda əksini tapır.
Bu ilin əvvəli alimlər, Britaniya sularındakı və BK supermarketlərindən alınan hər bir midyə nümunəsində alt paltarlarının ipcikləri də daxil olmaqla liflər tapıblar.
Exeter Universiteti tərəfindən həyata keçirilən bir araşdırmada isə ətraf-mühitdəki mikroliflərin heyvanların davranışına təsir göstərdiyi aşkarlanıb.
Bəs mən buna qarşı nə edə bilərəm?
Paltaryuyan maşınınızı daha çox dolduraraq ziyanı azalda bilərsiniz
Paltar yumağı sevməyənlər üçün yeni bəhanələr və ya edə biləcəyiniz dəyişikliklər:
- Aşağı temperaturda yuyun. Yuxarı temperatur daha çox lifin ayrılmasına səbəb olur.
- Paltaryuyan maşınınızı tam doldurun. Dolu maşında paltarlar bir-birinə az sürtüldüyünə görə ayrılan liflərin sayı da az olacaq.
- Daha qısamüddətli yumaya üstünlük verin - bu da paltarların bir-birinə sürtünməsini azaldır.
- Paltaryuyan toz əvəzinə yuyucu mayelərdən istifadə edin. Toz dənəcikləri liflərin boşalmasına səbəb ola bilər.
- Paltar sıxma etapında aşağı sürətləri seçin ki, liflər boşalmasın.
- Tərkibində pH balansı və oksidləşdirci maddələri yuxarı olan yuyucu vasitələrdən yayınmağa çalışın. Bəzi parça yumşaldıcılar sürtülməni azalda bilər.
Paltarları gec-gec yumaq kimi bir yol da var.
Bu isə əlbəttə ki, ən böyük təsir olacaq, Plastic Soup Fondu adlı okean mühafizəsi layihəsindən Jeroen Dagevos deyir.
Həm də o təklif edir ki, sintetik parçalı geyimlər əvəzinə yun, pambıq, kətan, ipək və ya kəşmir kimi təbii parçalara üstünlük verilsə, daha yaxşı olar.
Tame çayının bəzi hissələrində hər bir kvadrat metr çay yatağında yarım milyondan çox plastik hissəciklərə rast gəlinib
Mexanika Mühəndisləri İnstitutu (Institution of Mechanical Engineers) tərəfindən dərc olunan yeni məruzədə isə başqa bir variant irəli sürülür: ipləri tutmaq üçün tor paltar torbalarından istifadə. Həmin torbaları sonra zibilə atmaq mümkündür.
Paltaryuyan maşınların borularına yərləşdirilə bilən filtrlər də var ki, ən az 80 faiz lifin çay və dənizlərə qarışmasının qarşısını alar bilər.
Eyni zamanda camaşır topları da mövcuddur. Həmin toplar lifləri "cəlb edərək" özünə yapışdırır.
Sənaye bu istiqamətdə daha çox iş görə bilməzmi?
Hə, çox şey edə bilər, cənab Dagevos belə düşünür. O deyir ki, problemin ölçü və miqyası yalnız indi anlaşılmağa başlanıb.
"Bu, mikromuncuqlardan daha böyük problemdir və həlli də daha mürəkkəbdir," o əlavə edib.
Birləşmiş Krallıqda tərkibində mikromuncuqlar olan üz skrabları, diş məcunları və bədən yuma sabunları qadağan olunub.
Moda Tullantılarının Emalı (Engineering Out Fashion Waste) adlı məruzənin aparıcı müəllifi Aurelie Hulse-ə görə, parçaları elə hazırlamaq lazımdır ki, yuyulan zaman lif tökməsin.
Plastic Soup Fondu tərəfindən aparılan Ocean Clean Wash adlı kampaniyada müəyyənləşib ki, liflərin uzunluğu və sıxlığı kimi dizaynı dəyişdirilərsə, paltardan ayrılan lif sayı da azalar.
Parçalara liflərin ayrılmasına qarşı təbii maddələr əlavə etməklə də fərq yaratmaq mümkündür.
Cənab Dagevos deyir ki, istehsalçılar üçün yeni qaydaların tətbiqi, şirkətləri yeni həll yolları tapmaq üçün daha çox səy göstərməyə məcbur edə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)





