Maraqlı

İki ay ondan danışmayacaqlar - Məhkəmə qərarı

18 Oktyabr 2018 13:00
0 Şərh     Baxış: 1 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mustafa Sandalın ayrıldığı müğənni xanımı Əminə Jahoviç məhkəməyə müraciət edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı "Söylemezsem olmaz" maqazin proqramının şərhçiləri - Ece Erken və Bircan Balidən şikayətçidir. 

Buna səbəb aparıcıların Əminənin iş adamı Saadettin Saranla oteldə istirahət etməsi barədə xəbəri səsləndirməsidir. Məhkəmə də Əminənin lehinə qərar çıxardaraq Ece və Bircanın iki ay ərzində müğənnidən danışmağı qadağan edib. 

Qeyd edək ki, Ece Erken və Bircan Bali proqramın 10 oktyabr buraxılışında müğənninin iş adamı ilə Assos ərazisindəki oteldə dincəldiyini, otaqda çox səs-küy saldıqları üçün vətəndaşlar tərəfindən şikayət olunduqlarını bildirmişdi. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.