Maraqlı

Erməni bacıların çılpaq şəkil "bəhs"i davam edir - FOTO

17 Oktyabr 2018 12:23
0 Şərh     Baxış: 3 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan erməni Kim Kardaşyanla bacısı Kortni Kardaşyan arasında mübahisələr kəskinləşib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, bacılar sosial şəbəkələrdə kimin daha çox populyar olmasını, kimin vücudunun daha gözəl göründüyünü müəyyənləşdirməyə çalışsalar da, sonuc mübahisə və dava ilə bitib.

Üstəlik, Kortni Kardaşyan bacısının əri, reper Kanye Uestin bacarıqsız və istedadsız dizayner olduğunu, Vestin "Yeezy" brendinin də bərbad təsir bağışladığını deyib.

Kim Kardaşyan da susmayıb: "Böyük bacım Kortni insanlar üçün artıq maraqlı deyil. Sosial şəbəkələrdə də populyar insan sayılmaz. Ailəmin maraqlarını nəzərə alaraq, daha fəal çalışmalıyam".

3 övlad anası, 39 yaşlı Kortni Kardaşyan da bacısına acıq vermək üçün İnstagram-dakı profilində yeni yarıçılpaq fotolarını paylaşıb.

Kortni Kardaşyanın İnstagram profilinin 68,1 milyon daimi təqibçisi var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.