Maraqlı

İştahınızı kəsəcək 11 iyrənc yemək - FOTO

16 Oktyabr 2018 21:13
4 Şərh     Baxış: 2 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çoxu üçün milçəkli pendir yemək cazibədar səslənməz.

Lakin İtaliyanın Sardiniya adasının sakinlərinə təklif etsəniz, onların ağzı sulanar. Amma onlar Marmite-yə (mayadan hazırlanmış duzlu cem) çox güman ki, "che schifo" (necə də iyrəncdir) deyə reaksiya verərlər.

Dünyanın başqa bir yerində isə qidaları "iyrənc" və ya əksi kimi ayıran mədəni fərqlər yeni sərgi mövzusuna çevrilib.

sveçin Malmö şəhərində oktyabrın 31-i İyrənc Qidalar Muzeyi (The Disgusting Food Museum) qapılarını izləyicilərin üzünə açacaq. Sonra isə dünyanın başqa yerlərində nümayiş etdiriləcək.

Mədəni fərqlər

Bu, bir missiyadır. Elə bir missiya ki, ağzımıza qoyduğumuz qidalar haqqında ağlımıza gətirdiyimiz ehtimalları sınağa çəkə bilər.

"Qida bizim mədəni kimliyimizin bir hissəsidir və qida barədə qavrayışımıza böyüdüyümüz yerin təsiri böyükdür," - sərginin kuratorlarından biri psixiatr Samuel West deyir.

"İyrənmək hissinin təkamül funksiyası bizi xəstəliklər və təhlükəli qidalardan qorumaqdır, lakin bu hiss nə qədər universal olsa da, iyrənc saydığımız qidalar universal deyil".

Root beer"Root beer" ənənəvi Amerika içkisi ölkədən kənarda çətin ki, maraq oyada

"Qida seçimlərimizin ətraf mühitə təsir göstərdiyi bir dövrdə insanların bu məfhumlar haqqında fikir bildirmələri çox mühümdür," - o, oktyabrın 16-sı qeyd olunan Dünya Qida Gününə istinadən əlavə edir.

Samuel West və tərəfdaşı Andreas Ahrens ən ürəkbulandırıcı yemək nümunələrini toplamaq üçün dünyanı gəziblər.

Sərgidə orijinal siyahıda yer alan 300 yemək növündən 80-i nümayiş etdiriləcək və Ahrens-in söylədiyinə əsasən, izləyiciləri "sürpriz duyğu təcrübəsi də" gözləyir.

"Daim dəyişən tərkib üzrə insanlar bir sıra təamları qoxlaya və dada biləcəklər", o deyir.

Nümunə menyunu sınaqdan keçirəcək qədər cəsarətli və ya maraqlı ola bilərsinizmi?

Sərgidə nümayiş olunacaq bəzi qidaları təqdim edirik.

Milçəkli pendir (İtaliya)

Maggot-ridden cheeseYerlilərin "casu marzu" (yerli dialektdən tərcümədə "iylənmiş pendir") adlandırdığı bu pendirin satışı sağlamlıq və təhlükəsizlik səbəblərindən Avropa İttifaqında qadağan olunub

Bütöv pecorino pendiri ortadan bölünür və üzərində milçəklər yumurta qoya bilsin deyə çöldə saxlanılır.

Milçək sürfələri pendirdə kef çəkdikcə, onların fermentləri yağları parçalayır.

Bu pendiri dadanlar gözlərini tullanan sürfələrdən qorumalıdırlar. Həm də sürfələri yemək risklidir, çünki onlar yeni sahibin orqanizmində sağ qala və bağırsaq divarlarını deşə bilərlər.

Yerlilərin "casu marzu" (yerli dialektdən tərcümədə "iylənmiş pendir") adlandırdığı bu pendirin satışı sağlamlıq və təhlükəsizlik səbəblərindən Avropa İttifaqında qadağan olunub.

Öküz penisi (Çin)

Bull penisMenyuda oküz penisi də var

Öküz penisi sağlamlığa faydalı və iddia edilən afrodizyak təsirli olduğu üçün yeyilir.

Mütəxəssislərə görə, qadınlar ağımtıl ətini yeməli, kişilər isə bu penis ətinin qırmızı hissəsini qəbul etməlidirlər.

Qızardılmış çəyirtkələr (Uqanda)

Fried GrasshoppersQızardılmış çəyirtkə pivə və cin içkisi ilə yaxşı gedir

Bir paket qızardılmış kartof əvəzinə Uqanda və başqa Afrika ölkələrində qızardılmış çəyirtkə yemək adi haldır. Yerlilər onları pivə və cin içkisi ilə yeməyi məsləhət bilirlər.

Uzun illər isə qadınların bu yeməyi qəbul etməsi qadağan imiş. Səbəb isə onların dünyaya çəyirtkə başı formasında uşaqlar gətirmə qorxusu olub.

Qarışqa yumurtaları və sürfələri (Meksika)

EscamolesMəxmər ağacı qarışqalarının yumurtaları və sürfələri heç də ucuz yemək sayılmır

Tarixçilərə əsasən, Meksikada məxmər ağacı qarışqalarının yumurtaları və sürfələri əsrlər boyunca yeyilib.

Yerli dildə "escamole" adlandırılan qida, adətən, ədviyyatlarla zəngin qızardılmış şəkildə yeyilir və daha çox tortilla və ya taco içində guacamole (soğan, pomidor, çili bibəri və ədviyyatla birgə qarışdırılan avokado püresi) ilə birgə təqdim olunur.

Onlar heç də ucuz olmur və buna görə də "desertlərin kürüsü" adlandırılır.

Kobra ürəyi (Vyetnam)

CobraKobra ürəyi- "ekstra güc" axtarışında olan insanlar üçün faydalı sayılır

Bu təam da "ekstra güc" axtarışında olan insanlar üçün faydalı sayılır. Vyetnamda kobra ürəyinin afrodizyak təsirinə inanırlar.

Heyvan öldürülür və qaynadılır. Ətindən bir neçə fərqli yemək üçün istifadə olunur.

Ürəyi isə, adətən, qədəhdən yeyirlər.

Həzmi sürətləndirmək üçün üzərindən ilan qanı və ödü əlavə edilmiş araq içmək olar.

Qoyun gözü və beyini (İran, Əfqanıstan və İraq)

Kale pacheAxşam yaxşı yeyib-içəndən sonra səhər kəllə-paça "dərman" kimi gələ bilər

Tehran, Kabil və ya Bağdadda bir axşam yaxşı yeyib-içibsiniz?

O zaman səhəri gün sizə qoyunun başı, ayağı və qarnından hazırlanan kəllə-paça təklif edə bilərlər.

Bu yemək ağır keçən gecənin dərmanıdır, deyirlər.

Hətta heyvanın gözləri belə tullanmır, yeməyə qatılır.

Qaynadılmış donuz qanı (Birləşmiş Krallıq)

English fried breakfastƏnənəvi ingilis səhər yeməyi bu qara puddinqsiz olmaz

Ənənəvi tam ingilis səhər yeməyinin tərkibində qaynadılmış və qızardılmış qan, piy və yulaf qarışığından ibarət qara pudinq olmazsa, onu tam saymağa dəyməz.

Dəmir, sink və proteinlə zəngin olduğu düşünülür.

Qurbağa şirəsi (Peru)

FrogsBu şirə, adətən, nəsli kəsilməkdə olan Titikaka sularının qurbağasının yumurta, bal və ədviyyatla qarışığından hazırlanır

Qablaşmada yazılan ilə - dərisi soyulmuş amfibiya - tərkibi hərfbəhərf eynidir. Bu şirə, adətən, nəsli kəsilməkdə olan Titikaka sularının qurbağasının yumurta, bal və ədviyyatla qarışığından hazırlanır.

Qarışıq daha sonra süzülür və sağlam enerji içkisi və afrodizyak şirə (onun bir adı da Peru Viagrasıdır) kimi satılır.

Şirin toyuq sinəsi pudinqi (Türkiyə)

ChickenToyuq pudinqi istəyirsiniz?

Desertə toyuq istəyən varmı?

Türkiyədə "tavuk göğüsü" adlandırılan bu təam Osmanlı imperiyası zamanı aristokrat yeməyi sayılıb.

Ənənəvi forması toyuq sinəsi əti, süd, şəkər tozu, düyü, çörək və darçından hazırlanır.

Siçan şərabı (Çin)

Mouse wineBu şərab siçan balasından hazırlanıb

Bunu hazırlamaq üçün tam bir il lazımdır. Düyü şərabının içinə ölü körpə siçan atılır. Siçanlar yalnız və yalnız bir neçə günlük olmalıdır. Çünki onlar bu zaman tüksüz olurlar.

Lakin siçan şərabı alkoqollu içki kimi yox, Çin təbabətində astma və ciyər xəstəliklərinin müalicəsi üçün istifadə olunur.

Balıq sperma mayesi (Rusiya)

HerringRusiyada gündəlik yeyilən ucuz balıq yeməyi: Bu yemək siyənək balığının spermasından hazırlanır

Moloka Rusiyada gündəlik yeyilən ucuz balıq yeməyidir. Bu yemək siyənək balığının spermasından hazırlanır.

O, duza qoyulmuş olur.

Yaponiyada da fərqli növləri var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.