Maraqlı

“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO

11 Oktyabr 2018 22:52
0 Şərh     Baxış: 4 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Döymələr həbsxana həyatının ayrılmaz hissəsidir. Bu döymələrdən məhbusun həyatını da oxumaq olur. Adətən məhbusun bədənindəki döymələr "polis üçün pasport" sayılır.

Milli.Az publika.az-a istinadən cinayət aləmindəki döymələrin mənasının təqdim edir:

Dəniz qulduru: Bu soyunğuçuluğa işarədir. Soyğunçular həmçinin, kəllə və xəncər döymələrindən də istifadə edirlər. Bu döymələr son dövrlər dəbə minib.

Ayı təsviri: Bu seyf oğrularının döyməsidir və ayı ovçusu mənasını verir.

Açarlı pişik: Bu döymə mənzil oğrularına xasdır. Bununla yanaşı, cibgirlərin də özünəməxsus döymələri olur. Onlar adətən tarakan, arı kimi həşarataları seçirlər. Lakin son dövrlər bundan çəkinirlər. Çünki belə döymələr cibgirləri ələ verir.



Barmaqlıqlar, yaxud tikanlı məftillər arasında qızılgül: Belə döymələr azyaşlı vaxtdan həbsxanaya düşən məhbuslara aiddir. Bu, ömrünün ən gözəl günlərinin həbsxanada keçirilməsi mənasını daşıyır.

Qucağında körpə olan Məryəm: Bu, "mənim evim həbsxanadır" mənasını daşıyır. Hazırda məhbuslar arasında dini motivli döymələr məşhurdur. Hətta müsəlman məhbusların da dini döymələrdən istifadə etdiyi deyilir.

 

Oğru ulduzları (səkkizgüşəli ulduz): Əvvəllər bu, həbsxanada nüfuzun göstəricisi hesab olunurdu. Lakin son dövrlər bütün məhbusların belə döymələrdən istifadə edə bildiyi deyilir. Həbsxana həyatının tədqiqatçıları bildirirlər ki, bu gün çoxlu döymələri olanlar adətən axmaqlar sırasında yer alır. Yəni əvvəllər olduğu kimi, indi çoxlu döymələrə sahib olan məhbus o qədər də hörmət sahibi sayılmır. SSRİ dövründə isə oğru ulduzları fərqli mənaya sahib idi. Bu, "heç vaxt paqon daşımayacam", yaxud "polisin qarşısında diz çökməyəcəm" demək idi. Bu oğru ideologiyası idi. Əgər "oğru dünyası"na aid olmayan məhbus belə döymə vururdusa, buna görə mütləq cavab verməli olurdu. 90-cı illərdən başlayaraq, bu döymələri əksər məhbus vurmağa başladı. Tədqiqatçılar bildirir ki, bu gün həbsxanada "döymə üçün cavab verilmir" prinsipi hökm sürür.

Üzüklər: Bu döyməni daşıyan məhbuslar da kiçik yaşlarından həbsxanaya düşənlərdir. Belə döymə üzüklər müxtəlif olur, lakin ümumi mənası eynidir.

Yelkənli gəmi: Bu qaçışın simvoludur. Bu döymə onu bildirir ki, məhbus azadlığa can atır.

Günbəzli məbəd: Ən çox yayılan döymələrdən hesab olunur. Məhbus həbsxanaya düşərkən məbədin üzərində gümbəz döymələri vurur. Azadlığa çıxana qədər bu davam edir. Bu, məhbəsdə olduğu müddəti göstərir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.