İlk kvant süni həyat yaradılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq tədqiqatçılar qrupu ilk dəfə olaraq kvant kompüterdən süni həyatın yaradılması - canlı orqanizmlərin mövcudluğunun modelləşdirilməsi üçün istifadə edib. Alimlər həyatın bütün mərhələlərini (bütöv sosial qrupların fəaliyyətindən tutmuş, ayrı-ayrı hüceyrələrin fəaliyyətinədək) dərk etmək üçün simulyasiyadan yararlanmaq imkanı əldə ediblər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, İspaniyanın Basklar Ölkəsi Universitetinin yeni tədqiqatı kvant mexanikasının həyatın əmələ gəlməsini izah edə bilməsi baxımından böyük irəliləyiş hesab edilir. Tədqiqat qrupunun məqsədi Carlz Darvinin təkamül nəzəriyyəsi proseslərini kvant kompüterdə təkrarlayan kompüter modelinin yaradılmasından ibarət olub. Bunun üçün tədqiqatçılar tərəfindən "IBM" şirkətinin hazırladığı 5 kubitə malik kvant prosessordan istifadə olunub. Kvant alqoritm əsas bioloji prosesləri (canlandırma, mutasiya, fərdlər arasında əlaqə və ölüm) kubitlər səviyyəsində imitasiya edib. Nəticədə ekspertlər təkamül prosesinin mikroskopik səviyyədə inkişaf edən dəqiq modelləşdirilməsini əldə etməyə nail olublar.
Kvant süni həyatın modelləşdirilməsi Yerdə həyatın əmələ gəlməsi məsələsində yeni yanaşmadır.
Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.
Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.
Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
XƏBƏR LENTİ
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan





