Ən çox çörək yeyilən ölkələr - STATİSTİKA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları 126,2 kiloqramdır. Bu statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 350 qram çörək yeyir.
Tədqiqatçıların bildirdiyinə görə, insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək istehlak edir.
Avropada çörəyin ən çox istifadə edildiyi ölkələrin siyahısına 1 vətəndaşı illik 104,3 kiloqram çörək yeməklə Türkiyə başçılıq edir. 2-ci yerdə adambaşına ildə 95,2 kiloqram çörək tükətməklə Bolqarıstan qərarlaşıb. 3-cü sırada ildə adambaşına 88,9 kiloqram çörək istehlakı ilə Ukraynadır. Yunanıstan illik adambaşına 68 kiloqram çörək tükətməklə 4-cü, Hollandiya 62,1 kiloqramla 5-ci, Fransa 57,1 kiloqramla 6-cı, Almaniya 55,7 kiloqramla 7-ci, Belçika 55, 3 kiloqramla 8-ci, Rusiya 54,8 kiloqramla 9-cu, İtaliya isə 52, 7 kiloqram çörək tükətməklə 10-cu yerdə qərarlaşıb.
Yuxarıda qeyd etdiyimiz statistikayla Azərbaycan illik adambaşına düşən çörək istehlakına görə, bütün Avropa ölkələrini geridə qoyur.
Milli.Az bildirir ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a azərbaycanlıların dünyada ən çox çörək yeyən xalqlar sırasında olduğunu təsdiqləyir:
"Mən bu yaxınlarda ən geridə qalmış ölkələrdə-Taylandda, İndoneziyada, Hindistanda olmuşam. Hansı ki, bu ölkələrdə insanlar hətta küçələrdə yatırlar. Amma orada insanalrın ac qalmamaq üçün çox çörək yediklərinə rast gəlməmişəm. Onlar qida rasionlarında düyüyə üstünlük verirlər".
E.Hüseynov azərbaycanlıların israfçı xalq olduğu qənaətindədir:
"Bizimkilər çörəyi israf edən xalqlar sırasındadır. Çörəyə and içir, "Qurani-Kərimə" bərabər tutulduğunu deyir, amma çörəyi zibilə atır".
Hüquq müdafiəçisi qida rasionunda çörək miqdarının minimuma endirilməsini məsləhət görür:
"Əhali bilməlidir ki, hazırkı zamanda çörək insanlara o qədər də xeyirli olmayan bir qidadır. Çünki insanlarda şəkər, ürək-damar xəstəliklərinin yaranmasına və şiddətlənməsinə təsir edir. Eyni zamanda, insanlar arasında daha bir səhv isti çörəyə üstünlük verilməsidir. İsti çörək mədə-bağırsaq sisteminin düşmənidir. Bu problemlər həll olunmalıdır. Çörək soyuq halda və minimum şəkildə istehlak edilməlidir.
Mən özüm son 5 ildə çörəkdən imtina etmişəm. "Qurani-Kərim"də deyilir ki, süfrədən doymamış qalxın", bəziləri isə "çörəksiz yeyəndə doymuram" deyir. Səhv də burdadır. Məzh o doymamaq fikri insanları daha çox çörək yeməyə sövq edir.
Bir haşiyə açım: Deməli, 1970-74-cü illərdə Almaniyada hərbi xidmtədə idim. Bir gün komandir bütün alayı yığdı. Gördük ki, bir gündə hərbi hissədən atılan çörəklərdən taya düzəldilib. Bizim hamımızı fərəqət rejimində o tayanın başına fırlatdı. Dedi ki, alaydan bu qədər çörəyin atılması böyük israfçılıqdır. Xristinaların bu hərəkətini hələ də xatirimdən çıxara bilmirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





