Maraqlı

Zirəddin Xaçaturyanın qətlinin üstünü açdı: Bu mənzil deyil, həbsxanadır... - FOTO - VİDEO

11 Avqust 2018 21:49
12 Şərh     Baxış: 11 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bacılar deyib ki, ataları zalım və tiran olub. Evdəkiləri döyüb, silahla təhdid edib, bayıra çıxmasına və hətta telefonla danışmasına icazə verməyib. Qızlarına xadimə kimi baxıb. Ən dəhşətlisi isə, qızlar deyib ki, ataları onlara təcavüz edib.

Bununla yanaşı, Xaçaturyanın qohumları bildirirlər ki, bacılar yalan danışırlar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, həqiqətləri öyrənmək üçün "KP" 2008-ci ildə "Ekstrasenslərin mübarizəsi" telelayihəsinin 6-cı mövsümünün qalibi azərbaycanlı ekstrasens Zirəddin Rzayevin köməyindən istifadə etmək qərarına gəlib.

Qəzet yazır ki, lazımi mərtəbəyə qalxan Zirəddin qapıya toxunub, bir müddət sakit qaldıqdan sonra deyib:  

"Bura çox pis mənzildir, burada şər yaşayır. Hələ də oradan soyuq gəlir. Burada xoşbəxtlik yoxdur və insanlar arasında harmoniya olmayıb. Bu mənzil deyil, həbsxanadır..."

Ekstrasens deyib ki, yerin enerjisini hiss edir:

"Hiss edirəm ki, kimsə qəzəbə, nifrətə görə bu mənzili yandırmaq istəyib. Qızlardan hansısa... Ancaq nəsə onu dayandırıb".

Cinayət günü ilə bağlı ekstrasens az danışıb.

"Görürəm ki, bu, planlaşdırılmış hadisə deyil. Qəfil baş verib. Əvvəlcə qızlardan biri bıçağı götürüb. Digərləri onu dəstəkləyib... Hiss edirəm: yaralanmış Xaçaturyan otağından çıxıb, ancaq qan axa-axa burada yıxılıb. Ancaq o, qorxu hiss etməyib. Son ana qədər fikirləşib ki, yaşayacaq. Əgər o, sağ qalsaydı, qızlarını öldürəcəkdi".

Mixail və qızlarının fotosuna baxan zaman ekstrasens deyib ki, kişi vəhşi heyvan kimi olub:

"Başa düşürsünüz, o, bütün dünyanın onun ətrafında fırlanmasına öyrəşmişdi. Başqalarının fikri onu maraqlandırmırdı. O, belə yaşayırdı".

Ekstrasensin sözlərinə görə, Xaçaturyan zalım olub və qızları da yalan danışmır:

"Qızlar doğru danışır ki, o zalım və ağır xasiyyətli olub, - Rzayev deyib. - Təcavüz və seksual zorakılıqla bağlı isə yalan danışırlar. Belə bir hadisə olmayıb. Onlar belə bir şeyi fikirləşiblər ki, ətrafdakılar onların hərəkətinə haqq qazandırsın.

Sizə necə başa salım... Mixail Xaçaturyan qızlarını şəxsi mülki hesab edirdi. Ailə başçısı qızlarının onun adına ləkə gətirməsindən qorxurdu".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.