Maraqlı

Məktəbin bağbanına 289 milyon dollar veriləcək - dünyada ilk dəfə - VİDEO - FOTO

11 Avqust 2018 10:25
4 Şərh     Baxış: 4 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük herbisid və toxum istehsalçılarından olan "Monsanto" korporasiyası amerikalı Dueyn Consona təzminat qismində 289 milyon dollar ödəməlidir.

Milli.Az ABC-yə istinadən bildirir ki, San-Fransisko məhkəməsinin qərarına görə, 46 yaşlı sabiq bağbanın səhhətinə dəymiş ziyana görə təzminat məhz bu məbləğdə olmalıdır.

Dueyn Consonun vəkili Timoti Litsenburq "Monsanto" korporasiyasınlan təzminat qismində 439 milyon dollar istəyirdi.

Consonun dediyinə görə, bağban işləyəndə istifadə etdiyi, "Monsanto"nun istehsalı olan "Roundup" herbisidi onda qan xərçəngi yaradıb.

"Raundup" alaq otları ilə mübarizədə istifadə olunan qeyri-selektiv herbisid olan qlifosatdır.

D.Conson "Monsanto" korporasiyasından təzminat tələb edən yüzlərlə amerikalıdan biridir.

May ayında Almaniyanın "Bayer" konserni "Monsanto"nu satın alıb. "Bayer"in açıqlamasına görə, "Monsanto"nun bütün məhsulları indiki adları ilə istehsal olunacaq.

"İki övladım var. Qan xərçəngi xəstəsiyəm, ölümümə az qalıb. Təzminatı da övladlarımın və arvadım Araselinin ölümümündən sonra normal yaşamlarını təmin etmək üçün istəyirəm", - ABŞ-ın Kaliforniya ştatındakı Benisiya şəhərində məktəblərdən birində bağban işləmiş Dueyn Conson deyib.

2014-cü ildə müayinə zamanı Dueyn Consonda leykozun ağır formalarından biri sayılan qeyri-Hockin limfoması aşkarlanmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məktəbin bağbanına 289 milyon dollar veriləcək - dünyada ilk dəfə

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.