Maraqlı

Milyarderlərlə siyasətçilərin qapalı toplantısı başlandı - FOTO

13 İyul 2018 16:55
0 Şərh     Baxış: 2 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Aydaho ştatının Bleyn bölgəsində, San-Valli dağ-xizəkçilik kurortunda ənənəvi "Allen & Co" konfransı keçirilir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünyanın ən qapalı və nüfuzlu konfranslarından sayılan bu toplantıya mass-media, texnologiya şirkətləri, sosial şəbəkələr və İT korporasiyaların rəhbərləri, habelə siyasətçilər toplaşıblar.

Konfransın nə zaman başlayacağı barədə mediada heç bir açıqlama verilməyib. Həddən ziyadə ciddi qorunan konfransa qatılanlar arasında media maqnatı Rupert Merdok, Facebook-un banisi və rəhbəri Mark Zukerberq, "Apple" şirkətinin rəhbəri Tim Kuk, "General Motors"un baş direktoru Meri Barr, Facebook-un əməliyyat direktoru Şeril Sandberq, Nyu-Yorkdan olan senator Çak Şumer, "Amazon"un sahibi Ceff Bezos, "Imagine Entertainment"in banisi Brayan Qreyzer və başqaları var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.