Maraqlı

Quran digər ümmətlərin cənnətə daxil olacağını necə izah edir?

12 İyul 2018 22:55
0 Şərh     Baxış: 1 244

Dünyanın insan üçün bir son olmaması və ölümdən sonra yeni bir aləmə köç etməsi və əməllərinə görə hesab verməsi etiqadı Quranın Allahı tanıtdırdığdan sonra üstündə təkidlə dayandığı ikinci əsas prinsipdir. Bunu Quran və hədislər, həmçinin düşünən sağlam əqil sössüz təsdiq edir. Çünki heç bir şey hədəfsiz deyildir və hər bir şey zamanla öz hədəfinə doğru hərəkətdədir.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, insan da yaşamaqla yarandığı andan Allahın onun üçün təyin etdiyi son hədəfinə doğru irəliləməkdədir. Quran insana əbədi var olacağı vədəsini verir və son məkan olaraq dayanacı yeri cənnət və cəhənnəm kimi izah edir. Həmçinin Quran cənnət və cəhənnəmi yalnız müsəlmanlara deyil bütün insanlara vəd edir:

"Onlar Nəim cənnətlərində olacaqlar,

çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),

Bir azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir." (Vaqiə-12-13-14)

Ayədən görünən budur ki, cənnət əhlinin çoxu İslamdan əvvəki ümətlərdən olacaq. Bunun səbəbi odur ki, hədislərdə 124 min peyğəmbərin gəldiyi qeyd olunur. Həm zaman etibari ilə, həm də say etibari ilə əvvəlki ümmətlərin çox olması bunu göstərir.

Ayədə "əvvəlkilər" və "axırıncılar" ifadəsi zikr olunub. "Əvvəlkilər" dedikdə sonuncu şəriət sahibi peyğəmbərə qədər olan insanlar nəzərdə tutulur. Hər bir peyğəmbərin zamanında ona iman gətirənlər və  öz dövrünün şəriətinə tabe olanlar olub. Bu səbəbdən əvvəliki ümmətlərin yaxşı əməl sahibləri cənnətə, şəriətə tabe olmayanlar isə cəhənnəmə daxil olacaqlar.

"Axırıncılar" dedikdə isə sonuncu şəriət sahibi peyğəmbər (s) nəzərdə tutulur. Çünki insanlara vacibdir ki, yeni səriət göndərilənə qədər öncəki şəriətə tabe olsunlar. Sonuncu peyğəmbər və son şəriət sahibi İslam peyğəmbəri (s) olduğu üçün bütün insanlara bu şəriədə tabe olmaları vacibdir. "Axırıncılar" ifadəsində İslam peyğəmbərinin (s) zühurundan sonra dünyada olan və bu dinə tabe olanlar nəzərdə tutulur.

(Aşinaye ba Quran. Murtəza Mutəhhər)

Bütün dövürlərdə insanların mənəvi yüksəlişi və Allaha yaxınlaşması üçün yollar daima insanların üzünə açıqdır.

(Təfsiri-nur)

Qeyd edək ki, Quran "əvvəlkilər" və  "axırıncılar" ifadəsi ilə ümmətləri ikiyə ayırır. Sonuncu peyğəmbərdən (s) əvvəlkilər və sonrakılar. Bu da o deməkdir ki, sonuncu peyğəmbərdən sonrakı bütün insanlara o Həzrətin (s) şəriətinə tabe olmaq vacibdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.